Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalər Şükürov Dağıstanda xalq artisti adına layiq görülüb. 

Day.az-a danışan sənətçi deyib ki, dünən böyük təqdimatla şəxsən Dağıstanın prezidenti Ramazan Abdulatipov tərəfindən təltiflənib. Bundan başqa ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.

Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib.

Sənətçi onu da əlavə edib ki, 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var.

Dağıstan hökuməti "Xalq artisti" adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçkala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb.

Xəbər lenti