Möhtəşəm açılışda iştirak edən ifaçı: "Tamaşaçılarla çox gözəl vaxt keçirdim"

Ötən gün Bakıda keçiirlən I Avropa Oyunlaçrının açılış mərasimində iştirak edən dünya şöhrətli müğənni təssüratlarını bölüşüb. ANS PRESS-in məlumatına görə, Ledi Qaqa Bakı tamaşaçısı ilə görüşü barədə sosial şəbəkə səhifəsində yazıb. 

“Tamaşaçılarla çox gözəl vaxt keçirdim. Sanki biz mənim yataq otağımda mahnılar oxuyur və həyatın daha sadə olmasını xəyal edirdik”, - deyə Gaga öz “İnstagram” səhifəsində qeyd edib. 

Qeyd edək ki, Lady gaga ötən gün Avropa Oyunlarının açılış mərasimində piano arxasında ifa edib. O, güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. 

İfanın sözləri Con Lennona məxsusdur. 

Xəbər lenti