Son zamanlar adı qalmaqallarda hallanan gənc müğənni Afaq Aslan yaradıcılığında yenilik edəcək.

 Lent.az-a danışan Afaq xalq artisti Teyyub Aslanovdan muğamın incəliklərinə yiyələnmək istədiyini bildirib: “

“Teyyub müəllim söz verib ki, bir neçə ay səsimin üzərində işləməklə, istədiyim nəticəni ala bilərəm. Mən muğamı çox sevirəm və hər yerdə onu canlı oxumaq istəyirəm. Çoxları mənim sənətimi tənqid atəşinə tutub. Amma kefimi korlayanlara da təşəkkür borcum var. Çünki mən elə adamların sayəsində daha çox uğur qazanmaq və irəli getmək iddiasına düşdüm”.

 

Xəbər lenti