Türkiyənin məşhur müğənnisi Doğuşla ailə quran teleaparıcı Xoşqədəm Hidayətqızından xəbər var. Məlumata görə, teleaparıcının toyu bu günlərdə Türkiyədə olub və o, hələ də Türkiyədədir.

 Teleqaf.az xəbər verir ki,bu barədə axar.az- a teleaparıcının yaxın qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, müğənni Doğuşla Xoşqədəm Hidayətqızının rəsmi nikahları bir neçə gün öncə kəsilib. Cütlük hazırda Türkiyədə olduğu üçün toy ilə bağlı ətraflı məlumat verilmir.

 Mənbə qeyd edir ki, teleaparıcı yaxın günlərdə ölkəyə dönəcəyi və yayılan məlumatlarla bağlı şəxsən açıqlama verəcəyini yaxınlarına deyib.

Türkiyənin Uçankuş saytınınyaydığı məlumata görə, tanınmış müğənni Doğuş azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub. 

 

Xəbər lenti