Müğənni İlahə İbadova şəxsi həyatından danışıb. 

Teleqraf.az gecce.az-a istinadən xəbər verir ki,ifaçı “Düzünü desək” verilişində keçmiş həyat yoldaşı ilə bağlı şok açıqlama edib.

“2009-cu ildə ailə həyatı qurdum. Uşağım 4 aylıq olanda məcburən boşandım. Qızım Ayanın hal-hazırda 5 yaşı var. O vaxt evimizə çox elçilər gəlirdi. Musiqiçi olduğum üçün müğənni ilə ailə həyatı qurdum. Ailəm buna razı deyildi. Sadəcə düşündüm ki, məni başa düşəcək. Ailə qurduqdan sonra gördüm ki, bunların istəyi başqadır. Tez-tez məni döyürdü. 

Bir dəfə də verilişdən çıxanda maşında döymüşdü. Hətta,televiziyada işləyən operatorladan biri, məni onun əlindən aldı. Hamilə olanda da məni vururdu.Unudutmadığım hadisə isə, qızım Ayan 4 aylıq idi, mənə həkim ağır qaldırmağa icazə vermirdi. Ərimdən xahiş etdim ki, uşağı ya yellə, ya da mənim qucağıma qoy. O, da qızımızı yellədi, uşaq susmadığı üçün onu beşikdə döyməyə başladı. Mən qalxdım sinəsindən itələdim ki, çıx get. O da qucağımda uşaqla yenə döydü. Bütün nəslimi hər gün söyürdü. Axırda ondan bezdim və ayrıldım”.

Qeyd edək ki,İlahə İbadova "Azəri Star" yarışmasının iştirakçısı olan Mirsalehlə ailəli olub.   

Xəbər lenti