Müğənni Səidə Sultan ailə qurmağa hazırlaşır. 
 Teleqraf.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda “Şoubiz+” verilişinə açıqlamasında deyib:
“Camaat 50 yaşında ərə gedir. Hələ cavanam. Ailə xətrinə evlənmək istəmirəm. Allah taleyimə yazıbsa, olacaq. Bu, yaşa baxmır. Qismətdir... Xoşum gəlir kişi zəhmli olsun. Bir göz ağardanda ondan qorxum, üstümə qışqıranda cavab verməyim, hürküm. Cavab qaytarsam, ailə olmayacaq. Zəhmli kişi istəyirəm. Hər zaman hörmətli oğlan arzulamışam. Çox şükür ki, arzuma çatıram. Səidə elə-belə oğlana ərə gedə bilməz. Elə kişiyə gedir ki... Çox şükür, Allahdan razıyam”.
S.Sultan avtomobilinin bank tərəfindən əlindən alınması xəbərinə də aydınlıq gətirib:
“Yanlış xəbərdir. Elə bir şey başıma gəlməyib. Özümə də maraqlıdır ki, bunu kim çıxardı? Adımdan da açıqlama yazıblar ki, anlaşılmazlıq olub. Başqa ölkədə buna görə insanı məhkəməyə verərlər”.

 

Xəbər lenti