Əsrlər boyu bəşər cəmiyyətini düşündürən suallardan biri də yadplanetlilərin, daha dəqiq desək, UNO-ların mövcud olub-olmamasıdır. Ötən həftə bu məsələ yenidən dünya mətbuatının gündəminə gəldi. Səbəb isə bir-birinin ardınca ayrı-ayrı ölkələrdə UNO-larla bağlı video görüntülərin yayılması oldu.

Öncə internet resuslarında hərəkətdə olan Rusiya təyyarəsinin ətrafından uçan naməlum aparatların görüntüsü yayıldı. Məlumata görə, görüntülər təyyarənin xaricinə quraşdırılmış kameraya düşüb. Daha bir görüntü isə Səudiyyə Ərəbistanında yerləşən səhrada qeydə alındı. Yayılan videodan aydın görünür ki, səhraya uçan naməlum obyektin (UNO) qapıları açılır və yadplanetlilər yerə enir. Sonra UNO havaya qalxır. Bundan bir müddət sonra isə bir yadplanetli havaya çəkilir. Video yerli sakinlər tərəfindən lentə alınıb. Videodan bəlli olur ki, insanlar gördükləri mənzərədən heyrətlənirlər.

Götüntülər səma mütəxəssislərinin də böyük marağına səbəb olub və müxtəlif fikirlər səslənib. Əksəriyyət bunun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğunu desələr də, UNO-ların varlıqlarını qəbul etməyənlər də var.

Həqiqətən Yerdən başqa sivilizasiya, yaşayış var? Əgər doğrudan da yadplanetlilər dünyaya səyahət edirsə, onları maraqlandıran ən çox hansı amildir?

21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də bu suallar tam olaraq çözülməyib. Xatırladaq ki, yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.

Bəzən konus, üçbucaqlı, bumeranq və başqa formalarda da olmasına baxmayaraq, el arasında “uçan boşqab”lar adlandırılan UNO-ların müasir tarixi isə onların “ilk dəfə” 1896-cı ildə ABŞ-da müşahidə edilməsi ilə başlayır. Bu sahəni öyrənən elm isə ufologiya adlanır.

UNO-ları Yerdə nə maraqlandırır?

Ufoloqların fikrincə, UNO-lar Yer sivilizasiyasının inkişaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlərinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar. Ufoloqların fikrincə, Yerin gələcək taleyindən narahatlıq keçirdiklərini büruzə vermək üçün UNO-ların səfərləri son zamanlar daha da intensivləşib. Yer üçün yaranan problemlərin sırası genişləndikcə - müharibələr, təbii fəlakətlər, ekoloji böhran dərinləşdikcə, UNO-ların da narahatlıqları artır - bu da ufoloqların ortaq rəyidir. UNO-lar sanki insanların Yeri məhv edəcəyindən qorxurlar. Şayiələrə görə, Çernoblda baş vermiş məlum partlayış zamanı radiasiyanın fonu 3000 rentgen olub. “Uçan boşqablar” gəlib həmin obyektin üzərində dayanmaqla onu 300-ə endiriblər.

Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizinin öz gözləri ilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, Yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, “uçan boşqab” la üzləşiblər. Bu barədə fikirlərini onlar anonim saxlanılan sorğularda etiraf ediblər. Amma çoxları gördüklərini açıb danışmağa cürət etməyiblər.

UNO-lar Azərbaycanda da insanlarla təmasa cəhd edib?

Sağlığında ufologiya ilə məşğul olan azərbaycanlı alim Fuad Qasımov da bildirirdi ki, Azərbaycanda il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. UNO gördüyünü iddia edən şəxslərin iddiaların görə, yadplanetlilərin boyu təxminən 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iridir, gözləri insanı vahiməyə salacaq qədər iridir, əlləri dizə qədər uzanılıdır və sairə.

Ufoloq Fuad Qasımov bəyan edirdi ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin, Şamaxı ərazisidir. Onun sözlərinə görə, UNO-ları burada tez-tez görmək olar: “UNO-lar öz ətraflarında gözəgörünməz sahə yaratmaqla qravitasiya rejimində işləyirlər. Onların bazası haradasa suyun (Xəzər istisna deyil), ya da torpağın altındadır”.

"Heç bir elmi konfranslarda bu barədə müzakirələr olmur, çünki..."

Qeyd etdiyimiz kimi, bir çox mütəxəssislər UNO-ların varlıqlarını qəbul etmirlər. Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Nazim Qaraməmmədov mövzu ilə əlaqədar “Yeni Müsavat”a açıqlama verib.

O, yadplanetlərin varlığının mümkünsüz olduğunu bildirir: “Mən hesab edirəm ki, onlar yoxdur. Günəş sisteminə 8 planet daxildir və yalnız Yerdə həyat var. Bir də var ulduzların ətrafında planetar sistemlər. Bizə ən yaxın ulduza qədər olan məsafə 4,126 işıq ilidir. Yəni işıq ili - 300 min km/saniyə sürətlə ölçülən məsafədir. Yəni Günəş sistemində bizdən başqa həyat yoxdursa, gələn varsa əgər, UNO-ların gəlişi reallıqsa, onda onlar başqa ulduzların ətrafındadır. Əgər ən yaxın ulduzun ətrafında olan ulduzdan bizə uçub gəlmək üçün kosmik sürətlə hərəkət edən gəmi düzəltsək, o, təxminən 300 ilə gəlib çatar. 300 il də bir insanın yaşaması üçün mümkünsüzdür. Hələlik indiyə qədər heç kim heç bir yerdə, heç bir halda real uçan UNO-nu görməyib. Heç bir elmi sinpoziumda, konfranslarda və yaxud elmi cəmiyyətlərdə bu barədə müzakirələr olmur. Çünki bu çox qeyri-ciddi bir məsələdir.

Tutaq ki, gəlirsə, bəs bunların missiyası nədən ibarətdir? Gəlmək üçün qarşıda məqsəd qoyulmalıdır. Tutaq ki, biz gəmi düzəltmişik, uçub getmişik başqa bir ulduzun ətrafında olan planetə və tutaq ki, gördük ki, orda bizə bənzər canlılar var, heç bir əlaqə yaratmadan çıxıb gəlirik. Bunun bir mənası, məntiqi oldumu? Təbii ki, yoxdur. Ona görə də onların uçub gəlməsi real deyil. Bu, daha çox jurnalistlərin uydurmasıdır. Biz küləklə havaya qalxmış sellofan parçasını və yaxud parıltılı bir şeyi UNO olduğunu hesab edirik. Yəni səmada görüb aydınlaşdıra bilmədiyimizi UNO adlandırırıq”.

“Montajdan, texnikadan istifadə edib fokslar çıxarırlar”

Tanınmış astroloq Firudin Qurbansoy isə məsələyə bu cür mövqe bildirdi: “Bu mövzu ətrafında internet resurslarında xeyli material var ki, montaj olunub, texnikadan istifadə edib, fokslar çıxardırlar. Amma UNO-ların olması təbii ki, var. Allah deyib ki, dünyalar var. Yer kürəsindən kənara çıxmaq barəsində Qurani-Kərimdə var. İnsanlar Yer kürəsindən kənar çıxa bilir və yaxud kənardan Yer kürəsinə gələ bilirlər. Burda nə təəccüblü bir şey var? Milyardlarla sonsuz sayda planetlər var. Onların arasında azı yüz min planet var ki, orda bizdən də şüurlu məxluqlar yaşayır. Ola bilsin ki, onların texnikası bizdən hələ 10-100 min il əvvəl yaranıb, inkişaf edib və bizdən qat-qat yüksək inkişaf edib. Mən onların varlıqlarına inanıram. Onlar bizimlə əlaqəyə girmək istəyirlər. Hesab edirəm ki, onların dünyaya gəlib-getməklərində düşmən mövqeyi yoxdur. Onların bizə ehtiyacı yoxdur. Hərdən şayiələr gəzir ki, guya onlar gəlib burdakı qızılları aparmaq, buradakı insanların genetik kodlarını öyrənmək istəyirlər və sairə. Bunlar axmaq fikirlərdir, onların mənası da yoxdur”.

Müsavat.com

Bölməyə aid digər xəbərlər

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

02 May 2016 Xamneyinin hərbi müşaviri Türkiyə haqda qalmaqallı açıqlama verib

22 Apr 2016 Azərbaycanın yeni şərti var - Mehri dəhlizi

18 Apr 2016 Jirinovski: “Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır”-VİDEO

Xəbər lenti