Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib. İclasda ömürlük məhbusların saxlanma şəraiti, bəzi məhbusların müraciəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb. İclasda iştirak edən tanınmış vəkil Elçin Qəmbərov Müdafiə Komitəsinin işinə hər cür kömək etməyə hazır olduğunu bildirib. Müdafiə Komitəsinin rəhbəri, QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında qeyd edib:

“Ömürlük məhbusların işi ilə tanış olduqca, onlara qarşı böyük haqsızlıqların yer aldığı üzə çıxır. Çoxlu sayda qanun pozuntuları olub, obyektiv araşdırmalar aparılmayıb, insanlara heç bir ciddi əsas olmadan ömürlük həbs cəzası verilib, çox vaxt subyektiv amillər üstünlük təşkil edib. Hətta hər hansı cinayətdə ümumiyyətlə iştirak etməyənlər də ən ağır cəzaya, ömürlük həbs cəzasına məruz qalıblar. Bu ədalətsizliklər aradan qaldırılmalıdır. Biz bir daha vurğulayırıq ki, bizim problemləri kənardan hansısa beynəlxalq qurum deyil, özümüz həll etməliyik. Ona görə də biz haqq-ədaləti daxildə axtarırıq, bu məqsədlə millət vəkli Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciətlər etmişik, amma hələ heç bir cavab almamışıq. Qaldırdığımız problemlərə reaksiya verilmir, əksinə ömürlük məhbuslara daha amansız davranılır, onlara işgəncələr verilir, məhbusların etibarnamə vermələrinə süni əngəllər yaradılır, vəkilləri ilə görüşmələrinə imkan verilmir. Biz hələlik məktublarımıza cavab gözləyirik, əgər cavab verilməsə, tədbirlər görülməsə, dövlət başçısına müraciət edəcəyik, bu müaciətimiz də nəticəsiz qalsa, ömürlük məhbusların saxlanıldıqları Qobustan həbsxanasının qarşısında etiraz aksiyalarına başlayacağıq. Biz insanlara bu cür zülm edilməsinə, onlara qarşı haqsızlıqlara dözə bilmərik. Onu da qeyd etməliyik ki, məhbusların xeyli hissəsi Qarabağ müharibəsində savaşıb, sağlamlıqlarını itiriblər”.

 

Bölməyə aid digər xəbərlər

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

02 May 2016 Xamneyinin hərbi müşaviri Türkiyə haqda qalmaqallı açıqlama verib

22 Apr 2016 Azərbaycanın yeni şərti var - Mehri dəhlizi

18 Apr 2016 Jirinovski: “Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır”-VİDEO

Xəbər lenti