Iyunun 30- da müəmmalı şəkildə həbs olunan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu 9 gündür qanunvericiliyin tələblərinə zidd olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham olunan jurnalist haqqında iyulun 2-də Nərimanov rayon məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinin 3-cü bəndinə görə məhkəmə tərəfindən haqqında həbs qətimkan tədbiri seçilən şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir.
 
Bəzi mətbuat orqanları jam.az redaktorunun həbsinin onun vəzifəli şəxslər haqqında yazdığı sərt tənqidi yazılarla bağlı olduğunu bildirirlər. 

Fikrət Fərəməzoğlu həbs olunarkən məhkəmə qərarı olmadan onun evində qanunsuz axtarış aparılması, yaşadığı mənzildən ona aid sənədlərin, yazıların, disklərin, komyuterin götürülməsi, bu günə qədər DİN BMCQMİ- də saxlanması olayın arxasında siyasi çalarların olduğunu deməyə əsas verir. Jurnalistin lazımi zəruri hüquqi xidmətdən məhrum edilməsi, yaxınları tərəfindən tutulmuş vəkilin onunla görüşünə maneçilik törədilməsi, çətinliklə baş tutan görüşün konfidensial deyil, müstəntiqin otağında reallaşması, eləcə də müəmmalı şəkildə F. Fərəməzoğlunun müdafiəçidən imtina etməsi bu şəxslə bağlı müəyyən planların cızıldığını göstərir.

Jurnalistin polis idarəsində zorakalığa və işgəncələrə məruz qalmadığı, eləcə də vəkildən məcburən və təhdidlə imtinaya məcbur edilib edilmədiyi məlum deyil. 

Qeyd edək ki, son zamanlar tanınmış şəxslərin, ictimai- siyasi fəalların müəmmalı şəkildə həbs olunması, onların uzun müddətə polis və təhlükəsizlik qurumlarında gizlədilməsi, işgəncələrə məruz qalması, vəkildən məhrum edilməsi, məhkəməyə çıxarılmaması və ya gizli çıxarılması Azərbaycan reallığında geniş yayılmaqdadır. Bütün bunlar çox təhlükəli hallar olmaqla qanunvericiliyə ziddir. Pis presedent yaratmaqla eybəcər və təhlükəli bir ənənənin əsasının qoyulmasıdır. Buna imkan vermək olmaz. Biz bu təhlükəli və qanunsuz hərəkətləri ilahiyyatçı alim Hacı Taleh Bağırzadənin həbsi zamanı ona DİN BMCQMİ- də sərgilənən münasibət zamanı gördük.

Bu qanunsuzluğa göz yummaq olmaz. Fikrət Fərəməzoğlunun jurnalist həmkarları və digər aidiyyatı qurumlar ona qarşı irəli sürülən ittihamlara aydınlıq gətirilməsi, onun fundamental hüquqlarının müdafiə olunması, vəkillə təmin edilib istintaq təcridxanasına köçürülməsi üçün mövzunu diqqətdə saxlayıb gərəkən addımları atmalıdırlar.


P. S. Son anda aldığımız məlumata görə Fikrət Fərəməzoğlu həbsindən apellyasiya şikayəti verib. Bu o deməkdir ki, o, həbsini qanunsuz sayır və azadlığa çıxmaq istəyir.

Oktay Gülalıyev 

Bölməyə aid digər xəbərlər

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

02 May 2016 Xamneyinin hərbi müşaviri Türkiyə haqda qalmaqallı açıqlama verib

22 Apr 2016 Azərbaycanın yeni şərti var - Mehri dəhlizi

18 Apr 2016 Jirinovski: “Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır”-VİDEO

Xəbər lenti