2016-cı il mart ayının 3-də İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum mətbuat konfransı keçirdi.

Tədbiri açan Forumun Mətbuat Xidmətinin rəhbəri Mətanət Əsgər qızı fevralın 19-dan-26-dək Türkiyədə keçirilən görüşlərə dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Forum üzvləri adından minnətdarlığını bildirdi. Daha sonra QAT rəhbəri Akif Nağı qeyd etdi ki,İkinci (İzmir) Toplantısı ( Birinci, Təsis Toplantısı 29 dekabr 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib) 20 fevral 2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilib. Beynəlxalq Forum Türkiyə, Azərbaycan və Gürcüstandan olan Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılıb. İzmir Toplantısına İrandan, Tatarıstandan, Bolqarıstandan, Əfqanıstandan da da müşahidəçi qismində nümayəndələr qatılıb. Forumun yaradılmasında məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə yardım edilməsindən ibarətdir. Forum iştirakçıları BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşır, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərini pisləyir, sivil dünyanı bu cür mürtəce hərəkətlərə qarşı birlikdə mübarizə aparmağa çağırır və bu mübarizənin ön sıralarında olacaqlarını bəyan edirlər.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin sədri Mehdi Mehdiyev qeyd etdi ki, İzmir Toplantısında Bakı toplantısında əsas kimi qəbul olunmuş Təsis Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən qəbul olunub. Bəyannamədə Beynəlxalq Forumun məqsəd və vəzifələri, əsas iş prinsipləri öz əksini tapıb. Foruma daxil olan ölkələr İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun mərkəzi ofisinin Bakı şəhəri olmasını,hədəflərin digər münaşiqə ocaqlarından çox Qarabağ məsələsinə yönəlməsinə diqqət yetirilməsini vurğulayıblar.

O da vurğulanıb ki,Forumun İkinci (İzmir) toplantısında Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yarıtmaz fəaliyyəti, Rusiya- Türkiyə münasibətlərinin gərginləşməsi ilə bağlı regionda yaranan vəziyyət və digər məsələlər müzakirə olunub, qəbul olunmuş qərarlar Forumun Yekun Qətnaməsinə daxil edilib.

Çıxış edən “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov qeyd edib ki,İzmirdə Forumun toplantısından sonra Forum üvləri Türkiyənin İzmir,Ankara,Sakarya,İzmit,İstanbul şəhərlərində Xocalı faciəsinin anım tədbirlərində də iştirak ediblər.Türkiyədə Azərbaycan QHT rəhbərləri İzmir şəhərinin Bornovo və Karabağlar bələdiyyə rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul edilib. Nümayəndə heyəti İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr olunan parkın hazırlıq işləri ilə tanış olublar.

Forum üzvləri Mustafa Əliyev, Emin Həsənli, Radə Abbas, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Füruzə Əsədullayeva, Naibə Behbudova, Sərraf Orucov İsmət İnönu adına Kültür mərkəzində Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatından, İzmirdəki Heydər Əliyev Parkı və digər tarixi ərazilər ilə tanışlıqdan, İzmirdə Borno bələdiyyəsi ərazisində fevralın 27-də açılması nəzərdə tutulan Azərbaycan Dostluq parkından, İzmir şəhər rəsmiləri ilə yekun görüşdən, Borno, Karabağlar və Buca bələdiyyələrində görüşlərdən soz açdılar. O da xüsusi vurğulandı ki, səfər çərçivəsində Ankarada nümayəndə heyəti Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz tərəfindən partiyanın qərargahında qəbul olunub. Forumun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün movzleyi - “Anıtkabır"ı ziyarət etməyi də özlərinə borc biliblər. İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun QHT rəhbərləri 17 fevral 2016-cı ildə Türkiyənin paytaxtı Ankarada törədilən terror ərazinə gələrək, yad edib, terror qurbanları ruhuna dualar oxuyaraq, qərənfillər düzüblər. Türkiyə Böyük Millət Məclisində bir sıra millət vəkilləri ilə ,xüsusi ilə İğdırdan olan millət vəkili Nurəddin Arasla, Cümhuriyyət Xalq Partiyası sədri Kamal Qılıcdaroğlu ilə görüşlərdən də söz açdılar. Beynəlxalq Forumun nümayəndə heyəti Ankarada Xocalı Soyqırımı abidəsini ziyarət etdiklərini, Sakaryada 26 fevralla bağlı düzənlənən tədbirlərə qatıldıqlarını da qeyd etdilər. Forumun nümayəndələri Sakarya Universiteti və universitetin yataqxanası ilə tanılıqdan, universitet tərəfindən təşkil olunan qəbulda Türkiyə Kredit Yurdlar Kurumu regional rəhbəri Arif Özsoy, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Beynəlxalq Forumun nümayəndələri, digər türk dövlətlərindən təhsil alan tələbə dərnəklərinin nümayəndələri ilə görüşdən də söz açdılar. Qeyd olunub ki, Beynəlxalq Forumun nümayəndələri İzmit şəhərində bələdiyyə tərəfindən inşa edilən Xocalı Soyqırımı abidəsi önündə anma mərasimi, İzmit şəhərində fəaliyyət göstərən yerli dərnək, vakf və digər vətəndaş cəmiyyəti nümayəndələri görüşlər keçiriblər. Görüş zamanı iki ölkə QHT nümayəndələri, Qarabağ münaqişəsi və ermənilərin türklərə qarşı törədikləri soyqırımı və terrorların beynəlxalq aləmə çatdırılmasında birgə fəaliyyət göstərilməsi istiqamətində iş birliyinin qurulması qərara alınıb. QHT rəhbərləri həmçinin İstanbulda Türkiyə Müharibə Qaziləri və Ehtiyatda olan Qazilər təşkilatının nümayəndələri ilə görüşdə olublar. Hər iki təşkilat Türkiyə tərəfindən bu beynəlxalq foruma dəstək vermək istəyində olduqlarını bildiriblər. İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun Azərbaycan nümayəndə heyəti İstanbul Türkiyə Azərbaycan Dərnəyinin Xocalı soyqırımı ilə bağlı anım tədbirində iştirak ediblər. Mətbuat konfransının sonunda İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun təsisçiləri media nümayəndələrinə Forumun işini işıqlandırdıqlarına görə minnətdarlıqlarını bildiriblər.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti