Rahim Hacıyev: «Rusiya hökuməti başa düşür ki, problemlərin həlli Avropa Birliyi ilə iqtisadi münasibətlərdən asılıdır»

Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsinin Avropa Ittifaqı ilə normal münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. Medvedev Avropanın Rusiya ilə yaxın qonşu, vacib iqtisadi tərəfdaş olduğunu deyib: “Bizim Avropa Ittifaqı ilə ticarət dövriyyəmiz təəssüf doğuran sanksiya faktoruna baxmayaraq, əvvəlki kimi, yüz milyardlarla avro ilə ölçülür”.

Medvedevin sözlərinə görə, siyasət və geostrategiya bu gün dünya iqtisadiyyatına yeni qaydalar diktə edir: “Sonuncu mənfi nümunə Ukraynanın Rusiyaya olan borcuna görə Beynəlxalq Valyuta Fonduna olan təzyiqlərdir. Vəziyyət daha da ağırlaşır, hazırda iqtisadiyyatda şərtləri siyasət və geostrategiya diktə edir”.

Politoloq Rahim Hacıyev deyir ki, uzun illər ərzində Avropa  ölkələri, o cümlədən Avropa Birliyi Rusiyanın ən böyük iqtisadi tərəfdaşı olub. Avropanın qaz təminatının təxminən 30 faizinin Rusiyanın üzərinə düşdüyünü deyən politoloq, digər tərəfdən, Rusiya neftinin əhəmiyyətli hissəsinin Avropa Birliyi ölkələrinə satıldığını deyir: “Iqtisadiyyatının əsas hissəsini neft və qaz təşkil edən Rusiya üçün Avropa bazarı müstəsna əhəmiyyət kəsb edir. Son illərdə Rusiyaya qarşı Qərb ölkələrinin təşkil etdiyi sanksiyalar ölkənin iqtisadi vəziyyətini xeyli pisləşdirib.  2013-cü illə müqayisədə Rusiyanın büdcəsi 393 milyarddan 195 milyard dollara düşüb. Sanksiyalarla yanaşı, neftin qiymətlərinin kəskin düşməsi Rusiyada çox ciddi iqtisadi problemlər doğurub. Istər təbii sərvətlərin satış bazarı, istərsə də yüksək texnologiyalar əldə etmək baxımından Avropa Birliyi ölkələri Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Rusiya hökumətindəkilər başa düşür ki, ölkədə iqtisadi sabitliyin yaranması və sosial problemlərin həlli xeyli mənada Avropa Birliyi ilə iqtisadi münasibətlərdən asılıdır. Məhz buna görə Rusiyanın baş naziri Avropa Birliyi ilə münasibətlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib”.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti