|
2015-ci ildə ABŞ super güc olmayacaq.
Axar.az xəbər verir ki, bu proqnoz yəhudi əsilli məşhur ektrasens Volfanq Messinqin öncəgörmələrində yer alıb. Messinqin gələcəklə bağlı proqnozları daha çox üç ölkə ilə bağlı olub. O, 2015-ci ildən sonra ABŞ-ın yerini indiyə qədər heç kimin ciddi rəqib kimi tanımadığı aqressorun tutacağını bildirib. Ehtimal edilir ki, proqnozda Çin nəzərdə tutulur. Məhz Pekin bir neçə ay ərzində bütün dünya iqtisadiyyatını nəzarət altına almaq qabiliyyətinə sahibdir.
Messinqin proqnozlarına görə, ABŞ-da uzun müddət davam edəcək böhran başlayacaq. Bu böhrana əsas səbəb ölkə iqtisadiyyatına güclü əmtəə-pul zərbəsinin dəyməsi olacaq. Məhz bu zərbə dünyanın ən inkişaf etmiş iqtisadiyyatının sonunu gətirəcək.
Messinq həmçinin 2015-ci illə bağlı öncəgörmələrində Yaponiya və Tayvanın da adını xatırladır. Ekstrasensə görə, cari ildə bu ölkələri dağıdıcı nüvə zərbəsi gözləyir.
Rusiya da Messinqin proqnozlarından kənarda qalmayıb. Məhz bu il şimal qonşumuz torpaq itkilərinə məruz qala bilər. Buna səbəb isə yenidən qüdrəti bərpa edilən Çin olacaq.
Qeyd: Artıq 2015-ci il başa çatır. Messinqin 2015-ci illə bağlı proqnozlaşdırdığı hadisələrə gəlincə, bunların bir neçəsinin baş tutduğunu deyə bilərik: Çin iqtisadiyyatı sürətlə inkişaf edir, Rusiyanın torpaq itirəcəyi ilə bağlı proqnoz da özünü doğruldu. Ussuriysk vilayəti yaxınlığında yerləşən, sahəsi təxminən 5 kvadrat km olan ərazi Çinə qaytarılıb.
Qeyd edək ki, Volfanq Messinq Polşada anadan olub. 1939-cu ildə Almaniyanın Polşanı tutmasından sonra SSRİ-yə gəlib. Bəzi mənbələrə görə, Almaniya hökuməti Messinqin ələ keçirilməsi üçün onun başına mükafat da təyin edib. Messinq SSRİ-də olduğu zaman dəfələrlə Stalinlə görüşüb. Onun imkanlarından o zamankı Dövlət Təhlükəsizlik Komitəsi yararlanıb. Messinq 1974-cü ildə Moskvada vəfat edib.