“125-lər” Siyasi Klubu bundan sonra fəaliyyətini davam etdirmək üçün qərar verməyə hazırlaşır. Bu məqsədlə qurumun bu gün saat 18.00-da toplantısı nəzərdə tutulub. Teleqraf.az xəbər verir ki, Bu barədə Cebhe.info-ya daxil olan məlumatı “125-lər” klubunun üzvü Aysel Əlizadə  təsdiqləyib.

O, adıçəkilən qurumun bundan sonra fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu dedi: “Biz bu klubu təsis edəndə məqsədimiz yalnız parlamentə getməkdən ibarət deyildi. Adından da göründüyü kimi “125-lər” parlamentə alternativ bir formatda təşkil olunmuşdu. Lakin biz toplumla işləmək, Avropa dəyərlərini, dünyəviliyi yaymağı qarşımıza məqsəd qoymuşduq. Ona görə də hesab edirəm ki, birlikdə olmağımıza ehtiyac var. Ayrı-ayrılıqda olmağımız birliyimizi parçalaya bilər. Mənim ali məqsədim deputat olmaq olmayıb. Bu imkanı əldə etsəydim millətimə xidmət etmək üçün bir vasitə ola bilərdi.  Eləcə də düşünürəm ki, dostlarım, həmkarlarım da bu qənaətdə olmalıdır və “125-lər”in dağılmasının tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, bizim sıralarımıza tək-tək fəaliyyət göstərən şəxslər də qoşulmalıdır və ideya, dünyagörüşü üst-üstə düşən insanlar da bizə qoşulsalar gücə çevrilə bilərik. Bizim məqsədimiz hakimiyyətə gəlmək deyil, Azərbaycan cəmiyyətində istədiyimiz şəraiti yaratmaqdan ibarətdir”.

“125-lər”  Klubu bundan sonra siyasi, yoxsa ictimai əsaslarla fəaliyyət göstərəcək?” sualına cavabında A.Əlizadə bildirib ki, qurumun siyasi təşkilata çevrilməsi istisna olunmur. Ancaq siyasi klubun adının dəyişdirilməsi gözlənilmir. Hətta Aysel Əlizadə “125-lər” Siyasi Klubunun özünü alternativ parlament elan etməsi ehtimalından da söz açdı: “Bütün cəmiyyətlərdə ictimai vəkillik deyilən bir anlayış var. Bu missiyanı üzərinə götürən ziyalılar, sənətçilər var. Onlar cəmiyyətə, dövlətə yönəlik təkliflərini irəli sürürlər və bu zaman-zaman dəyərləndirilir. Hər halda hakimiyyət də bu ölkənin düşməni deyil. Sadəcə olaraq, idarəçilik bizi qane edə də, etməyə də bilər. Biz hüquqi dövlətdə, şəffaf bir cəmiyyətdə yaşamaq istəyirik. Biz ölkəni başqa cür görmək istəyirik. Ona gərə də “125-lər”i format olaraq alternativ parlament də saymaq olar. Niyə də olmasın?” 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti