Tehranın cənubunda Herəndi adlanan məhəllədən “bədnam narkoman” qadınların məhəllələrdən toplanaraq sağlamlıqlarının bərpası üçün Narkoloji Mərkəzə göndərilməsi layihəsinə start verilib. Bunu İranın Tehran şəhər bələdiyyə sədrinin ictimai məsələlər üzrə müavini Meysəm Emrudi deyib.

Bu barədə “Trend” İranın İRNA agentliyinə istinadən məlumat verir.
M.Emrudi bildirib ki, bu layihə Tehran əyalət başçısı və prokurorluğun göstərişi əsasında həyata keçirilir: “Narkoman qadınlar evli, subay və yaşlarına görə müxtəlif qruplara bölünəcək və narkoloji mərkəzlərə göndəriləcəklər”.
M.Emrudi deyib ki, “Şəfəq” narkoloji mərkəzində 400 nəfərin saxlanılması və müalicəsi üçün şərait var: “Layihə mərkəzdə yerlər dolana kimi davam etdiriləcək. Onların müalicəsi aparılacaq və sonra qadınlar bələdiyyəyə məxsus yataqxanalarda yerləşdiriləcəklər. Qadınlar 6-9 ay ərzində orqanizmlərinin narkotikdən təmizlənməsi və güclənməsi üçün nəzarətdə saxlanılacaqlar”.
O deyib ki, narkoman qadınların müalicəsi ilə üçün psixoloq, psixiatr və sosial xidmət işçilərindən ibarət mütəxəssislər məşğul olacaqlar.
Qeyd edək ki, Tehranın əyalət başçısı Hüseyn Haşimi bir ay öncə bildirmişdi ki, “bədnam nakoman” qadınların küçələrdən toplanması layihəsini polis, bələdiyyə, Tehran Tibb Universiteti və İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (Behzisti təşkilatı) tərəfindən birgə həyata keçiriləcək.
Qeyd edək ki, “bədnam narkoman” qadınlar İranda parklarda və küçələrdə üzərində yatan narkoman xanımlara deyirlər. Bir müddət öncə Tehranın Herəndi məhəlləsinin sakinləri etiraz aksiyası keçirərək narkomanların məhəllədə insanların gündəlik yaşayışına problemlər yaratmasından şikayətlənmişdilər.
Tehran Polisinin komandiri Hüseyn Sacidiniya bir müddət əvvəl İRNA agentliyinə deyib ki, 4 il öncə Tehran parklarında yatan narkoman qadınların sayı 100 nəfərə, ümumi narkoman qadınların sayı isə 5000 nəfərə çatmışdı. İndi 4 ildən sonra Tehran parklarında yatan narkoman qadınların sayı 1500 nəfərə çatıb və 15 mindən çox narkoman kişi var.
Xatırladaq ki, İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə narkotik maddələrdən istifadə edən qadınların sayı 4 faizdən 10 faizə qədər artıb. Ölkədə 1 milyon 300 min nəfər narkotik maddə istifadəçisi var“.
Ölkədə narkotik maddələrin, xüsusilə də daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb.
Qeyd edək ki, hazırda İran həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti