Artıq ikinci dəfədir ki, erməni ailəsinə yox cavabı verilib.

Ermənistan hökuməti hazırda Azərbaycanda olan 5 nəfər Ermənistan vətəndaşından ibarət ailəni qəbul etmək istəmir.

Azərbaycan hökumətindəki mənbənin Trend-ə verdiyi məlumata görə, Ermənistan dövləti 4 il 9 ay bundan əvvəl Azərbaycana gəlmiş Ermənistan vətəndaşı olan 5 nəfərdən ibarət ailəni qəbul etmək istəmir.

Mənbə bildirib ki, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı 2010-cu il yanvarın 10-da Azərbaycan Respublikasına könüllü gəliblər. Y.Gevorkyan ailəsi ilə birlikdə öz avtomobilində Yerasx-Naxçıvan sərhədini keçərək Azərbaycan tərəfinə gəlib və sığınacaq istəyib. O bildirib ki, dözülməz həyat şəraiti onu Ermənistanı tərk etməyə məcbur edib. O, üçüncü ölkəyə göndərilməsini xahiş edib.

Lakin Azərbaycan tərəfinin səylərinə baxmayaraq, bu erməni ailəsini heç bir üçüncü ölkə qəbul etmək istəmir. Mənbə bildirib ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, istəyinə nail ola bilmədiklərini görən Gevorkyanlar artıq vətənləri Ermənistana qayıtmaq qərarına gəldiklərini bəyan ediblər. Y.Gevorkyanın hazırda əsas istəyi Ermənistana dönmək, dönəndən sonra təqiblərə məruz qalmamaq, övladlarının erməni dilində təhsil almaları və normal şəraitdə yaşamalarına nail olmaqdır.

Bununla bağlı Gevorkyanlar ailəsi artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) 2 dəfə müraciət ediblər. Lakin onların bu istəyini rəsmi İrəvana çatdıran BQXK-ya isə “yox!” cavabı verilib.

Ermənistan tərəfi isə Y.Gevorkyanın ağır cinayətlərə görə 8 dəfə məhkum olunduğunu və cəzadan gizlənməyə çalışdığını bildirir.

Problemlə əlaqədar sualları cavablandıran BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK hər hansı şəxslə bağlı aparılan danışıqların mövzusunu açıqlamır: “Bu məsələlər konfidensial hesab olunur və bizim tərəfimizdən bu və ya bu kimi məsələlərlə bağlı ictimiayyətə açıq məlumat verilmir”.

Qeyd edək ki, Y.Gevorkyan və ailəsi əslində müharibə qurbanı hesab edilmir. Başqa sözlə, onların nə əsir, nə də girov düşmüş şəxs olduğunu açıqlayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha öncə bildirmişdi ki, Ermənistan tərəfinin mətbuatda yaydığı məlumata əsasən, orada Y.Gevorkyan barədə cinayət işi mövcuddur. Bu səbəbdən də o, Ermənistana qayıtmaqdan imtina edir və üçüncü ölkəyə getmələri barədə Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan hökuməti isə beynəlxalq qanunlara və üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ailə ilə bağlı məsələnin həlli üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına müraciət edib.

Ermənistan hökumətinin öz vətəndaşlarının taleyinə biganəliyi və beynəlxalq təşkilatlara hörmətsizliyi ucbatından isə problem hələ də açıq və həll olunmamış qalır. Artıq 4 il 9 aydır Ermənistan vətəndaşları olan 5 nəfərlik ailəyə müvəqqəti sıınacaq vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş Azərbaycan dövlətinin onlara bundan sonra nə vaxta kimi yiyə duracağı isə bəlli deyil. 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti