Vətənpərvərlər etiraz edir, XİN icazə verir, Emin Ağalarov isə hamını səbrli olmağa çağırır

Soso Pavliaşvilidən zəhər kimi sözlər: “Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar”

Gürcü müğənni Soso Pavliaşvilinin Azərbaycana gözlənilən səfəri və bununla bağlı yaranan qalmaqal ciddi müzakirə mövzusudur. Hər şey gürcü müğənninin Bakıya gəliş xəbərinin yayılmasından sonra Azərbaycanın xalq artisti Ramiz Fətəliyevin məktubu ilə başladı. R.Fətəliyev S.Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməsi ilə bağlı xahiş məktubu dərc etdi.

Azərbaycan kino xadimi həmin məktubda bildirib ki, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur.

Amma bu müraciətə S.Pavliaşvili tərəfindən verilən cavab öz hədsizliyi və kino xadimini aşağılayan tonları ilə yadda qalıb. Müğənni deyib ki, onun konsertləri siyasi xarakter daşımır. Ardınca isə aşağıdakı kimi həddini aşan ifadələrdən istifadə edib: “Siz mənim üçün narahat olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə dəvət edirəm, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya etiqadına görə yox, hərəkətlərinə görə dostluq edirəm. Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram! Bakıdan mənə zəng edirlər və deyirlər ki, ”Soso, biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!" Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilərlə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşmayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram. Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə dəvət edirəm. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!", - deyə Soso Pavliaşvili bildirib.

R.Fətəliyev isə “ermənilərin dostu”na aşağıdakı kimi cavab verib və onun səviyyəsinə enməyib: “İndicə bu şəxsin cavabını oxudum. Hələlik onu deyə bilərəm ki, onunla bir məsələdə razıyam - bir butulka konyak məndən! Ona görə ki, mənim iddiam məhz onun hərəkətlərinədir, onun millətinə və ya hansısa digər bir istəyinə görə deyil. Məhz onun bizə qarşı etdiyi hərəkətə görə də mən istəməzdim ki, o, Bakıya gəlib, burada konsert versin. Amma hardasa görüşsək, məni ”məşhurlaşdırdığına" görə ona konyak bağışlayacam - bu problem deyil, bu, sadəcə, onun kino aləmindən xəbərsiz olduğunu göstərir. Biz cənab Pavliaşvilinin yaddaşının zəif olduğuna öyrəncəliyik".

Bu arada Soso Pavliaşvili, eləcə də Bakıya gələcək digər musiqiçi Timur Temirov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Azərbaycan Xarici İşlər Nazirliyindən yayılan xəbərdə isə bildirilir ki, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi.

Məktubda onlar həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

S.Pavliaşvili isə bildirib ki, adının Azərbaycanın “qara siyahı”sından çıxarılmasına sevinib: “Mən buna çox sevinirəm, çünki yaradıcı insanlar siyasi məsələlərlə, qadağalarla, ideologiyalarla məhdudlaşdırılmamalıdırlar”. O, adının “qara siyahı”ya necə düşdüyünü, onun Azərbaycanın gözündə reabilitasiyaya necə nail ola bildiyini danışıb. “Bu, dostum Emin Ağalarovun məni keçən il ”Jara" festivalına dəvət etdikdən sonra baş verib. Mən ona Azərbaycana buraxılmamaq səbəbini başa saldım. Emin adamlarla danışdı və hamı başa düşdü ki, bu cəfəngiyyatdır" deyə, müğənni qeyd edib.

O bildirib ki, bu ilin dekabrında Bakıda konsert proqramı planlaşdırır. Tədbirdən yığılan vəsait isə xeyriyyəçiliyə yönəldiləcək.

Müğənni-bəstəkar Emin Ağalarov, yəni konsertin təşkilatlçısı isə “1news.az”a açıqlamasında bu məsələyə aydınlıq gətirib: “”Bu insanların Azərbaycana gəlməsinə icazə verilən rəsmi kağızlar var. Bu məsələyə münasibətim belədir - hər iki sənətçi Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əgər onlar Bakıya gəlməyə hazırlaşırlarsa, deməli, səhvlərini başa düşüb, tutduqları mövqeyə görə, tam cavabdehlik daşıdıqlarını bilirlər.

Həmvətənlərimi qonaqpərvər və tolerant olmağa səsləyirəm. Səbirli olub, onların Azərbaycana gəlişini və hiss etdiklərini Bakıda özlərinin demələrini gözləsinlər. Payızın sonu, qışın ilk aylarında mən və komandam tərəfindən Bakıda Soso Pavliaşvilinin konserti təşkil ediləcək. Ümid edirəm ki, özüm də bu xeyriyyə tədbirində iştirak edə biləcəyəm. Bu təklif Sosonun özündən gəlib. Konsertdə satılacaq biletlərin pulu xəstə uşaqların müalicəsinə sərf olunacaq. Onun gəlişini istəməyən və KİV vasitəsilə hər kəsi konsertə getməməyə səsləyən, damarında azərbaycanlı qanı axan hər kəsə müraciət etmək istəyirəm. Mənim damarlarımdan müsəlman, Azərbaycan qanı axır və mən bu konsertin təşkilatçısıyam. Hər kəsi bu istedadlı insanın konsertinə gəlib, zövq almağa çağırıram. Hətta deyim ki, Soso 2017-ci ildə baş tutacaq “Jara” festivalının qonağı olacaq. Soso Azərbaycanı çox sevir, hər zaman hər yerdə ölkəmiz haqda müsbət fikirlər deyir. Əminəm ki, onun Bakı səfəri zamanı həmvətənlərim bunun şahidi olacaqlar. Hər kəsi sakit olmağa səsləyirəm, musiqi və dostluq bizi xoşbəxt edəcək".

E.Ağalarov eyni zamanda bildirib ki, boykota səsləyənlərin arasında onunla iyirmi ilə yaxındır dostluq edən şəxslər var: “Onlar bilirlər ki, Soso mənim qonağımdır və buna baxmayaraq, belə çağırışlar edirlər. Bu, onların vicdanına qalıb. Virtual aləmdə vətənpərvər olmaq asandır. Sözdə hamı vətənpərvərdir. Bəs əslində onlar nə edirlər?”

Hələlik böyük qalmaqal bu mərhələdədir. S.Pavliaşvilinin konsertinə isə iki ay var. O vaxta qədər gürcü müğənninin onun gəlişinə etiraz edənləri necə və hansı sözlərlə təhqir edəcəyi isə sual işarəsi yaradır.

Musavat.com

Bölməyə aid digər xəbərlər

25 Okt 2016 Azərbaycanda polisə yeni səlahiyyət verildi

24 Okt 2016 Konqresdə Bəşər Əsədi öldürmək təklifi

17 Okt 2016 Putin Yerevandakı Qarabağ müzakirələrindən danışdı

16 Okt 2016 Gözlənilən savaş artıq başladı - Yeniləndi

16 Okt 2016 PKK-nı bitirən 5 maddəlik plan - Ərdoğan açıqladı

15 Okt 2016 İraqdakı Nəqşibəndi ordusundan açıqlama- “Türk ordusu ilə birgə Mosul əməliyyatına hazırıq”

13 Okt 2016 ABŞ ordusu Yəmən ərazisini atəşə tutub

10 Okt 2016 Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

05 Okt 2016 İnanılmaz həyasızlıq:-Xain generalı alnından vuran şəhid gizir məhkəməyə verilib

04 Okt 2016 Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası yerləşdirib

04 Okt 2016 Həbsxana rəisi olmuş “işgəncə kralı” həbs edilə bilər

01 Okt 2016 Qaralovdan Əli İnsanov açıqlaması

30 Sent 2016 Ay necə yaranıb? – Alimlər açıqladı

30 Sent 2016 Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb

22 Sent 2016 Xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısı təsdiq edilib

16 Sent 2016 İsland qızları ilə evlənənlərə 5 min veriləcək?

16 Sent 2016 İŞİD-in sonu çatdı: Əl-Bab alınır

06 Sent 2016 Ərgənəkon siyahısını Öcalan hazırlayıbmış - Sensasiya

03 Sent 2016 Ermənistanla Gürcüstan arasında gərginlik yaranıb

21 Avq 2016 Türkiyədə törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

20 Avq 2016 Əli Kərimlinin köməkçisinə ittiham irəli sürülüb

18 Avq 2016 Rusiya İŞİD-i İrandan vurdu

18 Avq 2016 İmza toplayan müsavatçıya təzyiq edilir

07 Avq 2016 Yəhudi milyarder Fətullah Güləni müdafiə etdi

04 Avq 2016 Dəniz Baykalın intim görüntülərini necə çəkilib? – RƏSMƏN AÇIQLANDI

25 İyul 2016 Çevrilişdən sonra Davudoğlu baş nazir olacaqdı

21 İyul 2016 Ankaranı qana qərq edən pilotdan – Şok sözlər

20 İyul 2016 İranda azərbaycanlılarla polis arasında toqquşma - 1 ölü, 40 yaralı

20 İyul 2016 Türkiyəli nazir Usubova təşəkkür etdi

18 İyul 2016 Yerevanda gərginlik səngimir

Xəbər lenti