Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunun binasını ələ keçirən silahlılar iyulun 18-də bir polis əməkdaşını azad ediblər. Novator.az-ın məlumatına görə, basqınçılardan Varujan Avetisyan deyib ki, onlar polis əməkdaşını həbsdə olan müxalifətçi Jirayr Sefilyanın təklifi ilə buraxıblar.

Ardını oxu...


Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə görüşdü. Bundan əvvəl ABŞ, Fransa və Rusiyanın iştirakı ilə Vyanada görüşən tərəflər atəşkəsin rejiminin gücləndirilməsi məsələsi ilə bağlı razılığa gəlmişdilər. Bu razılaşmadan sonra təmas xəttində sakitlik bərpa olundu, lakin bu, tərəflərin fikir ayrılığının aradan qalxması demək deyil. Bunun ardından, iyunun 20-də tərəflər Vladimir Putinin vasitəçiliyi ilə görüşdü və münaqişənin həll edilməsi ilə bağlı qarşılıqlı arzular ifadə olundu, həmçinin, danışıqların davam etdirilməsi üzrə razılıq əldə edildi. Lakin bütün bu görüşlər qədim münaqişədə böyük nailiyyət əldə olunacağını öncədən xəbər vermir.

Ardını oxu...


Almaniyadan gələn xəbərlərə görə, türk əsilli 11 deputat polis mühafizəsinə alınıb. Səbəb onların bir əsr öncə ermənilərin kütləvi qırğınını soyqırımı kimi tanıyan qətnaməyə səs verməsidir.

Ardını oxu...

Xəbər lenti