“Respublikaçı Alternativ” Hərəkatının (REAL) hərəkatının sədri İlqar Məmmədov həbsdədir. Cəmiyyətdə İlqar Məmmədovla bağlı bəzi iddialar səslənir. Bu iddialardan biri də İlqar Məmmədov potensial lider olması ilə bağlıdır.  Həqiqətən də REAL rəhbəri potensial lider ola bilə bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı danışıb.

Onun  sözlərinə görə, İlqar Məmmədov Azərbaycan siyasətində tutulmadan əvvəl də o qədər də parlaq liderlik ortaya qoymayıb.

“Uzun müddət Etibar Məmmədovun katiblərindən biri olub. O qədər də tanınmış katib olmayıb. Siyasətdən uzaqlaşıb Amerika səfirliyinə işə gedəndən sonra yenidən deputatlığa namizəd kimi siyasətə qayıdıb. Səfirliyin yardımı ilə Amerikada təhsil alan tələbələrdən ibarət REAL təşkilatını yaradıb. Bu baxımdan İlqar Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil. Düzdür o həbsxanadadır, həbsxanada olduğu üçün onun haqqında başqa bir söz deyə bilmərik. Amma bir adam həbsxanadadır, çətinlikdədir.   

Bundan istifadə edib onun üzərinə aid olmayan adı qoymaq da düzgün deyil. Əli İnsanov haqqında da belə fikirlər deyilirdi ki, o çıxsa Azərbaycanı düzəldəcək.  Bütün bunlar hamısı həbsdə olan insanlara diqqəti cəlb etmək üçün atılan addımlardır. Belə çıxır ki, İlqar Məmmədovla bağlı yayılan fikirlər də  onun həbsinə diqqəti artırmaq, bunun daha çox siyasi xarakterli olduğunu dünyaya bildirməkdir. Bu adam guya müxalifətin lideridir, ona görə həbsxanada saxlanılır. Bu tamamilə yanlış fikirdir. İlqar Məmmədovdan daha çox həbsxanada qalan İsgəndər Həmidov, Pənah Hüseynov var.

Partiya sədrinin bildirdiyinə görə, Azərbaycanda elə bir siyasi lider yoxdur ki, həbsxanada yatmasın.

“Bizim heç birimizin haqqında belə fikirlər deyilməyib. İlqar Məmmədovun ümumiyyətlə bizim başa düşdüyümüz kimi liderlik etməyə nə əqli potensialı var, nə də onun xarakteri imkanı var ki, belə bir liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliyinin nəzarəti altında olan bir qrupun lideri ola bilər. Çünki o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimsəmiş adamlardır. Diqqətlə fikir versək onlar da artmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur. 

Bu baxımdan o fikri bölüşmürəm. Allah onun qapısını açsın. İlqar Məmmədov siyasi məhbusdur. O, Amerikada,  Qərbdə  təhsil almış gəncləri ətrafına yığmasına görə hökumətin qıcığına səbəb olub.

Hökumət də yaxşı başa düşür ki, Avropa və Amerikada təhsil almış gənclərin çoxu xarici ölkələr tərəfindən ciddi şəkildə dəstəklənir. Milli demokratik hərəkatdan çıxan liderlərin hamısı həbsxanadan keçib. İndi təzə çıxanların həbsinə başlanıldı. Azərbaycanda siyasi lider olmaq həbsxanada yatmaqdan keçir. Həbsxanada yatmayan siyasi lider yoxdur. Bu baxımdan İlqar Məmmədov da yeni siyasi lider olduğu üçün həbs edilib. Burda başqa heçnə yoxdur. Mən  o fikirlə razı deyiləm ki,  İlqar Məmmədov potensial liderdir”.(Modern.az )

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

08 İyul 2016 “Yolbəyimiz Elçibəyin yanında olmaq, onun qutsal ruhunu duymaq istəmişəm”

Xəbər lenti