“Həyat  yoldaşım dövlət çevrilişi cəhdinin ertəsi günü məni təhdid etdi . Dedi ki ölüm hökmü məsələsində sənin mövqeyini bilirəm. Amma bu dəfə  buna qarşı çıxsan sənlə əlaqələrimi nəzərdən keçirirəm. Mən heç bir şey demədim. O anda reaksiya versəm onun da reaksiyası fərqli olacaqdı . 23 illik evliyik müddətində ilk dəfə həyat yoldaşım məni təhdid edir. Mənim həyat yoldaşım da o travmanı yaşadı” 

 Avropa.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Asambleyasında çıxışı zamanı deyib. Çavuşoğlu çevriliş cəhdindən sonra gündəmə gələn ölüm hökmü cəzasının yenidən bərpası ilə bağlı suallarını cavablandırıb.

“Çevriliş cəhdindən sonra, vətəndaşlarımızdan edam barədə tələblər gəldi. Xalqın tələbinə qulaq tıxamaq asan deyil. Elə bu vaxt da Avropadan bizə təhdidlər gəlməyə başladı. Bəziləri hətta bizi Avropa Şurasından çıxarmaqla hədələdilər. Buna xalqın reaksiyası da daha kəskin oldu.”

Şəxsən edam cəzasına qarşı olduğunu deyən nazir, dövlət çevrilişi cəhdindən  sonra xanımı  ilə yaşadığı bir dialoqu da danışdı:

“Burada çalışarkən  ölüm cəzasının doğru olmadığını Belarus da daxil olmaqla bir çox ölkələrə  izah etməyə çalışdıq. Bu, asan bir proses deyil, bu prosesi idarə etməyə çalışırıq. Həyat yoldaşım dövlət çevrilişi cəhdinin ertəsi günü məni təhdid edib. Dedi ki ölüm hökmü məsələsində sənin mövqeyini bilirəm. Amma bu dəfə qarşı çıxsan sənlə əlaqələrimi nəzərdən keçirirəm. Mən heç bir şey demədim. O anda reaksiya versəm onun da reaksiyası fərqli olacaq. 23 illik evliyik həyatımızda  ilk dəfə həyat yoldaşım məni təhdid edirdi” deyə Çavuşoğlu qeyd edib.