«Natiq Cəfərlini 5-ci gün gecə həbs etmələri o deməkdir ki, vəziyyətlə bağlı ilkin reaksiyanın olmasını istəmirlər. Diplomatik korpuslar işləmir, əməliyyatı sona qədər rahat aparmaq istəyirlər».

Bunu «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosu-na REAL-ın icra katibi, hakimiyyətin iqtisadi siyasətinin tənqidçisi Natiq Cəfərlinin həbsindən danışarkən deyir.

M.Əliyevin fikrincə, N.Cəfərlinin həbsinin arxasında sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikliyi ilə bağlı referendum durur. O, yada salır ki, REAL bu dəyişikliyin əleyhinədir. Hesab edirlər ki, bu təkliflər ölkədə monarxiya qurulmasına hesablanıb.

M.Əliyev qeyd edir ki, hakimiyyət referenduma siyasi maneələri tamamilə dəf etmək əzmindədir: «Bu da onu göstərir ki, referendumun keçirilməsi hakimiyyət üçün böyük əhəmiyyət kəsb edir və heç bir maneə, əks təsir istəmirlər. Ancaq yenə, açığı, Natiq Cəfərlinin həbsi mənim üçün gözlənilməz oldu. Hərçənd, REAL referenduma edilən təkliflərin əleyhinə qrup yaratmaq üçün işləyirdi, Natiq Cəfərli də bu prosesin başında olan adam idi. Üstəlik, onun ictimai fəaliyyətinə baxsaq, Natiq Cəfərli hakimiyyətin atdığı addımları izləyirdi və bununla bağlı mütəmadi şərhlər verirdi, analizlər aparırdı. 8-9 ay idi ki, onun ölkədən çıxışına da qadağa qoyulmuşdu. Bu da onunla bağlı idi ki, Natiq Cəfərli kənarda görüşlər keçirib danışıqlar apara bilməsin, hakimiyyət onun bu fəaliyyətindən də narahat idi».

«ABŞ NƏ TƏNQİD, NƏ TƏQDİR EDİR, SADƏCƏ, SUSUR»

M.Əliyev qeyd edir ki, referendumu monarxiyaya keçid kimi görənlər var. «Mən isə referendumu islahatlara bağlayıram» deyən «Turan» rəhbəri vurğulayır ki, yaxın gələcəkdə ölkədə ciddi siyasi islahatlar baş verəcək. Bundan ötrü də Konstitusiyada bəzi dəyişikliklər zərurəti meydana gəlib. Onun deməsinə görə, bu islahatları Qərb, ABŞ tələb edir: «Konstitusiyaya təkliflər ortaya çıxanda nə Qərbdən, nə ABŞ-dan təpki gəldi, təqdir də etmədilər, sadəcə susdular. Bu onu göstərir ki, ABŞ Azərbaycanı demokratik dövlət kimi görmək istəyir, ancaq həm də stabilliyin qorunmasında maraqlıdır. Buna görə də vitse-prezident postları yaradılır ki, fors-major hal baş verərsə, hakimiyyətin idarə olunmasında xaos yaranmasın».

«HAKİMİYYƏT ÖZÜ QAZDIĞI QUYUYA DÜŞÜB»

«Bəs siyasi opponentlərin həbsi ilə siyasi islahatlar necə uzlaşır» sualının cavabında M.Əliyev deyir ki, bu sual ona yox, hazırda islahatlar paketi üzərində işləyən ABŞ şirkətlərinə ünvanlanmalıdır.

M.Əliyev qeyd edir ki, ölkədə son iki ildə sistemli böhran yaranıb. Bunda nə müxalifətin, nə medianın, nə də vətəndaş təşkilatlarının günahı var: «Bu sistemli böhranın yaradılmasında hakimiyyət rol oynayır, özü qazdığı quyuya düşüb».

Müsahibimizin fikrincə, indi böhrandan çıxmaqdan ötrü ciddi islahatlara ehtiyac var: «Yaxın vaxtlarda nə olacaq, bunu o planı hazırlayanlar bilir. Mənim gördüyüm isə budur ki, avtoritarizmdən uzaqlaşacağıq».

Bölməyə aid digər xəbərlər

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

08 İyul 2016 “Yolbəyimiz Elçibəyin yanında olmaq, onun qutsal ruhunu duymaq istəmişəm”

28 İyun 2016 Mirmahmud Mirəlioğlu: “Vatikandakı işlərimizi dayandırmalı, katolik kilsəsinə yer ayırmalı deyilik”

22 İyun 2016 Siyavuş Novruzov: “İqbal Ağazadə Silahdaşlarının üzünə duran kəsdir”

Xəbər lenti