AVRO 2016 dünya çempionatına sponsorluq etməkdənsə, Formula-1 yarışı keçirməkdənsə, Avropa dəyərlərini tətbiq etmək və bu yolla daha uğurlu nəticələr əldə etmək mümkündür.

 Demokratik İnteqrasiya Assosiasiyası sədr müavini Rəşad Ələkbərovdur ictimai və aktual məsələlərlə bağlı suallarımızı cavablandırdı.

Sizcə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinin hansi müsbət və mənfir tərəfləri var? – Ümumiyyətlə hansısa ölkədə idman yarışlarının keçirilməsi populyarlıq və tanınma baxımından müsbət haldır. Belə ki, turnir keçirilən ölkə və şəhər haqqında xaricilərdə müəyyən rəy formalaşır və eyni zamanda ölkəyə müəyyən qisim turistlərin gəlişinə səbəb olur. Lakin beynəlxalq yarışlarda elə turnirlər var ki, onlar ölkənin iqtisadiyyatına gəlir gətirir. Məsələn Olimpiya oyunları, Futbol üzrə dünya çempionatı və s. Bu turnirlərə tamaşaçı və idmançı axını daha yüksək olur. Amma keçən il keçirilən I Avropa oyunları da bizim üçün kifayət qədər nüfuzlu turnir olsa da, iqtisadiyyatımıza əksinə ciddi mənada mənfi təsir göstərdi. Təsəvvür edin ki, bütün mənalarda insanlar ölkədə hər şeyin taleyini Avropa oyunlarıyla bağlayırdılar və bir növ rişxənd kimi formalaşmışdı. Yaxud da “dünyaya meydan oxuyan” iqtisadiyyatımızdan danışan Azərbaycan Tv-ləri və hökumət təmsilçiləri Avropa oyunlarında və ya “Formula1” yarışında olan “gəlirlər”imizdən heç danışmadılar.

Azərbaycandakı mövcud sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz, əvvəlki illərdən bu nə ilə fərqlənir? – Sosial-iqtisadi vəziyyəti izah edərkən bir neçə şeyə diqqət yetirmək lazımdır: İlk növbədə iki dəfə olan devalvasiya və milli valyutanın iki dəfə dəyərdən düşməsi faktiki olaraq bizim “var-yox”umuzun iki dəfə ucuzlaşması deməkdir. Yəni dünənə qədər 150 manat təqaüd alan pensionerin aylıq pensiyası 200 dollara yaxın idisə, bu gün bu məbləğ 100 dollardan aşağıdır. Ölkəmizin daha çox idxalçı ölkə olduğunu nəzərə alsaq və bu zaman alıcılıq qabiliyyətimizin iki dəfə aşağı düşməsini hesablasaq vəziyyət aydın olar. Eyni zamanda özəl şirkətlərin bağlanması, işsizliyin artması və çoxdan mövcud olan vergi və gömrük sistemindəki korrupsiya və özbaşınalıqlar da iqtisadiyyatın inkişafını gecikdirən amilllərdəndir.

Rəşad bəy, sizcə Avropaya inteqrasiya Azərbaycan nə verə bilər? – Azərbaycanın inkişafı məncə Avropaya inteqrasiya ilə bağlıdır. Çünki, Avropada insan haqları, oturuşmuş seçki sistemi, ifadə azadlığı, azad iqtisadiyyat, biznes imkanları, təhlükəsizlik, əmək hüquqları, social təminat və s. artıq yüksək səviyyədə təmin olunub. Bu mənada Avropaya inteqrasiya bizə daha çox fayda verə bilər. Yəni 20 ildə bir dəfə Avroviziya müsabiqəsi keçirməkdənsə, AVRO 2016 dünya çempionatına sponsorluq etməkdənsə, Formula-1 yarışı keçirməkdənsə Avropa dəyərlərini tətbiq etmək və bu yolla daha uğurlu nəticələr əldə etmək mümkündür. Çünki, epizodik olaraq özümüzü demokratik göstərmək mahiyyət anlamında çox gülünc görsənir. Təsəvvür edin ki, Almaniyada, İsveçdə, Belçikada, Hollandiyada yaşayış səviyyəsi, mətbuat azadlığı, social vəziyyət və əmək haqları olduqca yüksəkdir. Yalnız qaçqınlara verilən sosial yardım 320 avrodur. Bizdə isə 15 avro deyil. Əsl fərq budur. Bu hal Avropa ölkələrinin nə qədər iqtisadi cəhətdən güclü olduğunu göstərir.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

08 İyul 2016 “Yolbəyimiz Elçibəyin yanında olmaq, onun qutsal ruhunu duymaq istəmişəm”

Xəbər lenti