Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunacağı təqdirdə Azərbaycanın Ermənistanla ərazi mübadiləsinə getməsi də mümkün sayılır. Bəzi təhlilçilər hesab edir ki, İrəvan Dağlıq Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaradılması üçün dəhliz tələb etdiyi halda, Azərbaycan da blokada şəraitində yaşayan Naxçıvanla quru yolunun açılmasını, bu səbəbdən Mehridən keçməklə ona dəhlizin verilməsini tələb etməlidir.

Düzdür, bu, Ermənistan üçün intihara bərabər razılaşma olardı. Çünki erməni rəhbərliyi də etiraf edib ki, Mehridən İrana açılan pəncərə onlar üçün nəfəslik rolunu oynayır və əgər birinci Qarabağ savaşında bu nəfəslik olmasaydı, Ermənistan boğulardı. Bəs, bu məsələ müzakirə predmeti ola bilərmi?

Milli Məclisin sədr müavini Bahar Muradova Yeni Müsavat-a açıqlamasında bunu mümkün sayıb:

“Bu məsələ vaxtilə qalxmışdı. Hesab edirəm ki, bu arqumentin də ciddi bir əsası var. Əgər biz doğrudan da məhdud sayda ermənilərin yaşadığı Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi deyilən bir dəhlizin olmasına danışıqlar prosesində etiraz etməmişiksə, bunun gələcəkdə mümkünlüyünü qəbul ediriksə, nədən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Mehridən belə bir dəhliz olmasın?

Ancaq B.Muradova xüsusi vurğulayıb ki, Laçın dəhlizinin Ermənistana yol kimi nəzərdə tutulması Azərbaycanın o ərazisindən imtinası anlamına gəlməməlidir:

“Bu, qarşılıqlı istifadə üçündür və yenə də Azərbaycan ərazisidir. Yəni yalnız Ermənistanın istifadəsində ola biləcək ərazi ola bilməz. Belə çıxmasın ki, bu dəhliz olacaq və hər iki tərəfdən erməni əsgərləri dayanacaq, bizi oraya yaxın buraxmayacaq. Belə şey mümkün deyil. Əgər biz münaqişənin həllindən sonra normal qonşuluq münasibətləri, diplomatik münasibətlər, gediş-gəlişi nəzərdə tuturuqsa, bu yol elə o əlaqələri təmin etməyə daha yaxşı xidmət edə bilər”.

İlin sonunda kimi 5 rayonun azad olunacağı barədə Rusiya ekspertlərinin verdiyi proqnozlara rəğmən, cəbhədə fərqli situasiya müşahidə olunur. Bu situasiya nə vəd edir? Xanım vitse-spiker konkret fikir bildirməyin çətin olduğu qənaətindədir:

“Bu müddət ərzində o qədər proqnozlar vermişik ki. Mən hansısa qəti proqnoz verməyin əleyhinəyəm. Amma bu kimi fikirlərin səslənməsini məqbul sayıram - hətta onlarda bizim maraqlarımıza zidd olan məqamlar olsa belə. Hər kəs münaqişənin həlli üçün öz istəklərini, düşüncələrini, məqbul bildiklərini həqiqət kimi qələmə verməyə çalışır. Amma bu, həm də məsələnin gündəmdə olmasını təmin edən cəhətdir”.

Aprel toqquşmaları bir daha sübut etdi ki, münaqişədə yalnız iki tərəf var və Dağlıq Qarabağ yalnız oyuncaq rolunu oynayır. Azərbaycan parlamenti əlahiddə Qarabağ müzakirələri keçirib xalqın və dövlətin ümumi mövqeyi ilə bağlı qərar qəbul etməyi planlaşdırırmı?

B.Muradova: “Parlamentdə hər zaman bu məsələyə münasibət bildirilib. Azərbaycan parlamenti qapalı şəkilsdə yalnız Azərbaycan prezidentinin də razılıq verdiyi, həll üçün məqbul variant hesab etdiyi həll variantını müzakirə etməyə yığışmalıdır. Bizə misal gətirirlər ki, Ermənistan qapalı iclas keçirdir. Ermənistan haqsız tərəfdir, işğalçıdır, qonşu dövlətin ərazisini hər gün güc tətbiq etməklə qeyri-qanuni olaraq işğal altında saxlayır. O bilir ki, əvvəl-axır bu torpaqlardan çıxmalıdır. Üstəlik, bilir ki, daha böyük güzəşt onlar tərəfdən olmalıdır və onlar mövqelərini dəyişməyə məcburdur”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti