Mirmahmud Mirəlioğlu: “Azərbaycan naminə biz belə təşəbbüslərə açığıq, sosial-iqtisadi böhran bu gün bizi, əhalini vurursa, sonda ən böyük zərbəsi iqtidara dəyəcək”

Manatın məzənnəsinin kəskin surətdə aşağı düşməsi və bunun ardınca müşahidə edilən qiymət artımı bütün ölkədə ciddi narahatlıq və narazılıq doğurmaqdadır. Əhali arasında passiv narazılıq açıq müşahidə edilir. Bir çox ekspertlər hesab edir ki, passiv narazılığın aktiv fazaya keçməsi etiraz dalğasının baş qaldırması ilə nəticələnə və bu da ölkəni heç də sonu yaxşı görünməyən proseslərlə üz-üzə qoya bilər. Odur ki, ekspertlər ölkədə hakimiyyətlə müxalifət düşərgəsi arasında dialoq mühitinin bərpa edilməsinin vacibliyini gündəmə gətirir. 

Bəs, müxalifət hakimiyyətlə dialoqun vaxtının çatdığını düşünürmü, bunun üçün iqtidara müraciət edə bilərmi?

Qeyd edək ki, bu ilin əvvəlində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla siyasi partiyaların görüşləri keçirilmişdi. Görüş üçün müraciət müxalifətdəki 8 partiya tərəfindən edilmiş, danışıqları isə birbaşa KXCP sədri Mirmahmud Mirəlioğlu aparmışdı. 

Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, Azərbaycanın gələcəyi naminə yenə də belə təşəbbüslə çıxış etməyə hazırdır: “Azərbaycan naminə və öz hakimiyyətləri naminə iqtidar yaranmış vəziyyətdən daha çox narahat olmalıdır. Təəssüflər olsun ki, iqtidar heç bir çağırışı qəbul eləmir. Dialoqa ilk növbədə hakimiyyət təşəbbüs göstərməlidir ki, məsələ reallaşsın. Azərbaycan xalqı nə qədər dözümlü xalq olsa da iqtisadi durumunun getdikcə dözülməz olması onu hərəkətə gətirəcək. Xalqın həyəcan təzyiqini azaltmaqdan ötrü sosial şəbəkələr bir silah kimi hələlik kullanılır. Bu da uzun sürməz. Nə qədər ki, gec deyil hakimiyyət ölkədə vətəndaş həmrəyliyi, dialoq mühiti yaratmalıdır. Bunun üçün atılmalı addımlardan biri ölkənin müxalifət qüvvələri ilə bir masa arxasında əyləşib yaranmış durumu müzakirə etmək, çıxış yollarını birgə müəyyənləşdirməkdir. Bu istiqamətdə təşəbbüslər, konkret addımlar olmalıdır. Biz öz tərəfimizdən bir daha bəyan edirik ki, Azərbaycan naminə biz belə təşəbbüslərə açığıq. 

Təvazökarlıqdan uzaq olsa da xatırladım ki, bu ilin əvvəlində hakimiyyət təmsilçisi Əli Həsənovla siyasi partiyaların görüşü məsələsini birbaşa biz gündəmə gətirmişdik, 8 partiya adından rəsmi müraciət etmişdik. Danışıqları şəxsən aparmışdıq və məsələ müsbət nəticələnmişdi, Əli Həsənovla siyasi partiyaların 3-4 görüşü keçirildi. O təşəbbüs bizim idi və Əli Həsənovla danışıqları da mən aparmışdım. Hər kəsə bəllidir ki, bir neçə görüşdən sonra bu müsbət tendensiyanın qarşısı alındı. Amma indi ölkə və xalq üçün çox ciddi, məsuliyyətli mərhələ gəlib çatıb. Ona görə də dialoq qaçılmazdır. Azərbaycanın düşdüyü böhranlı vəziyyətdə siyasi qüvvələrin dəyirmi masa ətrafında əyləşməsi, vəziyyəti müzakirə etməsi lazımdır. Sosial-iqtisadi böhran bu gün bizi, əhalini vurursa, sonda ən böyük zərbəsi iqtidara dəyəcək. Bunun fərqində olsalar ölkə və özləri üçün yaxşı olar. Açığı mən inanmıram ki, sizin sualınızla, bizim cavabımızla dialoqu, görüşü gerçəkləşdirsin. Əgər sizin sualınızın  və mənim cavab zamanı dediklərimin qaldırılan məsələnin müsbət həllinə təsiri olacaqsa, daha yaxşı. Azərbaycanın naminə bu addım atılmalıdır. Addımı hakimiyyət atmalıdır”. 

M.Mirəlioğlu sonda onu da dedi ki, bu ilin əvvəlində başlanan dialoqun dayandırılmasında Əli Həsənovun rolu olmayıb. Əli Həsənov start götürən müsbət tendensiyanın dayanmasında marağı ola bilməzdi: “Əli Həsənov bu işə ciddi şəkildə qoşulmuşdu və həmin prosesin gedişində onu səlahiyyətləri artırılaraq prezidentin köməkçisi vəzifəsinə də yüksəldildi. Amma bizim bildiyimizə görə, dialoq prosesinin dayandırılması hakimiyyət daxilindəki bir qrupun əməyinin nəticəsi idi. Bu məsələ Əli Həsənovluq deyil. Azərbaycanda dialoq mühitinin olmamasında maraqlı olan böyük bir xətt var və xətt hakimiyyətin içində yer alır. Bu xətt hakimiyyətlə müxalifətin bir araya gəlməsini istəmir, bunu əngəlləyir”. 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti