Mirmahmud Mirəlioğlu: “Hakimiyyət böyük ehtimalla moskvapərəstlərin diktəsi ilə bu məsələni dəfn elədi”

Prezidentin köməkçisi, Prezident Administirasiyası İctima-siyasi şöbəsinin müdiri Əli Həsənovla siyasi partiyaların üçüncü görüşündən 4 ay keçdi. Bu ilin əvvəlindən başlanan görüşlər iştirakçıların ümumi razılığı ilə iki aydan bir keçirilməli idi. 

Bəzi müxalifət qurumlarından dördüncü görüşdə 1 noyabr parlament seçkiləri mövzusunun müzakirəyə çıxarılmasını hələ seçki kampaniyası başlamazdan öncə təklif etsələr də, görüş hələ də baş tutmayıb. Hakimiyyət təmsilçilərinin verdiyi açıqlamalardan belə məlum olub ki, iqtidar seçki mövzusunun müzakirəyə çıxarılmasını istəmir. 

Seçki məsələsinin müzakirəyə çıxarılması təklifinin müəllifi olan “Azadlıq-2015" seçki blokunun təsisçisi, KXCP sədri Mirmahmud Mirəlioğlu isə  ”Yeni Müsavat"a açıqlamasında bildirdi ki, hakimiyyətdəki rusiyapərəst qüvvələr iqtidarla-müxalifət arasında dialoq məsələsini dəfn etməyə nail olublar:“Azərbaycanı, onun xalqını düşünməyənlər, dövlətçiliyə xarici və daxili təhdidləri nəzərə almayanlar hakimiyyətdə söz sahibi olduqları üçün inandırıcı deyil ki,  görüş baş tutsun. Azərbaycanda nəhayət ki, dialoq mühiti başlanmışdı və davam etməsi nəzərdə tutulurdu. Amma Azərbaycan hakimiyyəti böyük ehtimalla moskvapərəstlərin diktəsi ilə bu məsələni dəfn elədi. Biz seçki məsələsinin müzakirə edilməsinin məqsədəuyğun olduğunu dilə gətirdik. Onlar isə seçkilərdə həmişəkindən də betər saxtakarlıq etmək qərarında olduqlarını seçki kampaniyasına start veriləndən nümayiş etdirməyə başladılar”.

M.Mirəlioğlu onu da bəyan etdi ki, seçkilər məsələsində hələ ki KXCP-nin susmasının səbəbi var: “Bir sıra ciddi məsələlər var. KXCP olaraq oktyabrın 15-də biz qeydə alınan və qeydə alınmayan bütün namizədlərimizlə seçki məsələsini ciddi müzakirə edəcəyik. Mövqeyimizi də ortaya qoyacağıq”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti