Namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahan “Yeni Müsavat”a ilginc açıqlamalar verib.

 Onun sözlərinə görə, namizədliyini irəli sürdüyü 54 saylı Şabran-Siyəzən seçki dairəsindən ona təzyiqlər olub, məcburi surətdə namizədliyini geri götümək tələbi edilib:

“Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik deputat olacaq şəxslərin siyahsını da göstərdilər. Dedim ki, mən bunlara inanmıram. Bu Yeni Azərbaycan Partiyası adına layiq olmayan, seçki qanunvericiliyinə, adına ləkə, şəffaqlığına xələl gətirən mənə qarşı olan təxribatdır.

Bu təxribat və təzyiqlər artıq bir neçə gün idi ki, başlamışdı. Mənə inadla təklif edirdilər ki, namizədliyimi geri götürüm. Hətta seçicilərimlə görüşmək üçün Siyəzənə gedəndə insanlar gəlib mənə sual verirdilər ki, “Elza xanım, niyə namizədliynizi geri götürdüz?”

Bu işdə mənə xüsusilə 6 nəfər kişi təzyiq edirdi. Onlar icra aparatının nümayəndələri idi. Əgər oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəm”.

Elza Seyidcahan Şabran-Siyəzən seçki dairəsindən namizdəliyini irəli sürən, hazırki
deputat Tahir Süleymanovu kəskin tənqid edib:
“Tahir Süleymanov YAP-ın üzvü olsa da həmin partiyadan qətiyyən məlumatı yoxdur. YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslər var.

Məlum oldu ki, mənə qarşı təxribat törədən elə birinici odur. Dairədən mənə bildirdilər ki, “qanımızı tökəcəyik, amma Tahir Süleymanovu qutudan çıxardacayıq. Bu, nə deməkdir?! Tahir Süleymanov səs toplayacağımı bilib mənə şər-böhtan atmaqdan çəkinmir”.

Əməkdar artist olayla bağlı ölkə prezidentinə teleqram vasitəsi ilə müraciət etdiyini deyib:
“Mənə bildirildi ki, topladığım səslərin 307-i doğru, 180-i isə saxta imzadır. Bu böhtandır. Başıma gələn bu haqsızlıqla bağlı ölkə prezidentinə, birinci xanıma və digər aidiyyatı orqanlara teleqram vasitəsi ilə müraciət etmişəm. Güman edirəm ki, haqq öz yerini tutacaq”.

Xatırladaq ki, bəstəkar-müğənni Elza Seyidcahan bu ilki parlament seçkilərində iştirak etmək üçün 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin dairədən hazırki deputat Tahir Süleymanovdur. O yenidən bu dairə üzrə namizəd olub.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti