"Ermənilərin keçirdikləri qondarma məhkəmə şousunda Azərbaycanlı vəkilin iştirakının Azərbaycanın maraqlarına uyğun olmadığı qənaətindəyəm"

Tanınmış vəkil Bəhruz Bayramovun Xankəndində qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək məqsədi ilə  Xankəndinə getmək üçün müraciət edib.

Məsələ ilə bağlı Teleqraf.az-ın redaktoru,əslən Kəlbəcər rayonundan olan Elşən Əlisoyun münasibətini öyrəndik.

Vəkil Bəhruz Bayramovun müraciətininin əsil vətənpərvər bir hüquqşunas münasibəti olduğunu bildirən Elşən Əlisoy bunları da bildirdi.

"Tanınmış Vəkil Bəhruz Bayramovun girovlarımızın müdafiəsi üçün Xankəndinə getmək üçün müraciət etməsi Azərbaycanda vətənpərvər insanların varlığını bir daha sübut edir. Ancaq bir şeyi unutmaq lazım deyil ki, ermənilərin işğal etdikləri  Azərbaycan torpaqları üzərində yaratdıqları və heç bir hüquqi əsası olmayan qondarma dövlətləri kimi göstərdikləri məhkəmə şousunun da heç bir hüquqi əsası yoxdur. O qondarma məhkəmə terrorçuların özlərinin dünyaya güya ki, hüquqi qrumlarının olduğunu göstərmək üçün oynadıqları oyundur. Azərbaycanın hansısa bir vəkilinin o qondarma məhkəmədə vəkil olaraq iştirak etməsi erməni təbliğatı üçün çox yararlı bir vasitə ola bilər. Onsuz da ermənilər elə bir həyasız millətdir ki, onlarla orda hüquq dilində danışmağın heç bir əhəmiyyəti yoxdur. 21 ildir ki, bunlarla hüquq dilində danışılır, hansı nəticələr əldə olunub ki, indi də nəsə əldə olunsun. Mən hesab edirəm ki, girovlarımızın da, torpaqlarımızın da azad edilməsi bir başa dövlət başçısı İlham Əliyevin və Azərbaycan Ordusunun görməli olduğu işdir.  Ermənilərin əlində tək Dilqəm və Şahbaz yox, 100-lərlə girov var. Kəlbəcərdə, öz ata-baba torpaqlarında terrorçular tərəfindən girov götürülən vətəndaşlarımızı sərhəd pozucuları adı ilə ittiham etmək özü bir başa Azərbaycanın ərazi bütövlüyünə növbəti təhditdir. Unutmayaq ki. Azərbaycanlı girovlar qondarma Dağlı Qarabağ Respublikasının "qanun"larına görə ittiham olunacaq.  Biz isə nə belə bir dövlət tanıyırıq nə də ki, belə bir qanun.  Azərbaycan hakimiyyəti  ermənilərlə etdikləri bütün danışıqlara son qoymalı, ordumuz döyüş vəziyyətinə gətirilərək həm torpaqlarımızın həm də girovlarımızın azad olunması əməliyyatlarına başlamalıdır. İlham Əliyev ya torpaqlarımızı azad etməli ya da istefa verib  bu işi bacara biləcək insanların dövlətimizin başına keçməsinə imkan verməlidir. Bu məsələnin bundan başqa ikinci bir yolu yoxdur. Ermənilərin keçirdikləri qondarma məhkəmə şousunda da hansısa Azərbaycanlı vəkilin iştirakının Azərbaycanın maraqlarına uyğun olmadığı qənaətindəyəm. Sadəcə belə bir vətənpərvər düşüncəyə və girovlarımızın azad olunmasında bir başa iştirak etmək istədiyi üçün vəkil Bəhruz Bayramova təşəkkür edirəm.

Cabir Turan

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 Türkiyə AB-yə boğazları bağlamaqla cavab verə bilər

07 Sent 2020 Əsgərə məktub – Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna

03 Sent 2020 Ermənistan yenə də riyakarlıqla məşğuldur – XİN

02 Sent 2020 Talış kəndindəki erməni evləri və dəyirman yandırıldı…

01 Avq 2020 Nazir polkovniklərin yerlərini dəyişdi – ƏMR

01 Avq 2020 “Tri koronı”nın yaxınlığındakı göllə bağlı daha bir AÇIQLAMA

04 Apr 2020 “Eheeey karonavirus”, – deyə bilən dövlət başçısı axtarıram

04 Apr 2020 “Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər”

01 Mart 2020 Samuxda Qarabağ qazisinin acınacaqlı durumu – Alı Qocayevin başı sərvət toplamağa qarışıb

23 May 2018 ABŞ İraq şiələrinin liderini ələ aldı – Gizli təmas

23 May 2018 İran Qərbi parçaladı: Berlin Vaşinqtona qarşı...

19 Fev 2018 Ağsuda bir ailə intihar edəcək

06 Fev 2018 Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

05 Fev 2018 Əhalinin diqqətinə: Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

05 Fev 2018 YAP-ın qurultayının vaxtı məlum oldu –Prezidentliyə namizəd elan ediləcək

05 Fev 2018 MSK yeni iclas təyin etdi –Növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

05 Fev 2018 ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

18 Okt 2017 Ermənilər mövqelərimizi atəşə tutdu

18 Okt 2017 Sərkisyan Cenevrə görüşünə məcburi şəkildə aparılıb?

27 Okt 2016 Rusiya Rakkaya ABŞ-dan əvvəl girmək istəyir

27 Okt 2016 Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

18 Okt 2016 Müstəqilliyimizin əleyhinə səs verənlər bunlardır -SİYAHI

17 Okt 2016 Son 100 ilin ən soyuq qışı gəlir

17 Okt 2016 18 oktyabr aktından seçmələr

15 Okt 2016 Dabık əməliyyatı başladı – Türkiyənin dəstəklədiyi müxaliflər hücuma keçdi

15 Okt 2016 Bayden: “Rusiyanın cavabı veriləcək”

12 Okt 2016 “Bu ilki pambıq kampaniyası bir neçə yüz milyon ziyana səbəb olacaq”

10 Okt 2016 ABŞ nəhayət etiraf etdi: "Türkiyəni orada istəmirik"

10 Okt 2016 Erməni yazar: “Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun”

10 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Hakimiyyət Qarabağ referendumuna hazırlaşır”

Xəbər lenti