Daxili İşlər Nazirliyinin Ağsu Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı Səxavət Qənbərov Ağsu rayonunda törədilən qanunsuz əməllər və özünü də bu əməllərin qurbanı olaraq, İcra başçısı Ənvər Seyidəliyevin birbaşa göstərişi ilə şərlənərək vəzifəsindən uzaqlaşdırılması barədə Teleqraf.az-a müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

29.06.2014-cı ildə ölkə başçısı Cənab Ilham Əliyevə  yazmış oldugum teleqramı  məcburiyyət qarsısında və cıxılmaz vəziyətdə oldugum ucun yazdım.

Ona gorə ki, bizim ailənin və səxsən özümün,başda Ağsu rayon icra hakimiyyəti başçısı Ənvər Seyidəliyev Ağsu rayon polis sobəsinin rəisi, polis polkovniki Bahadur Şükürov, kecmis rəis müavinləri,indi hal- hazırda təqaüddə olan polis polkovnik-leytenantı Seyidəliyev Mirfazil ( Seyidəliyev Mirfazil Ənvər Seyidəliyevin qardaşıdır), kecmis əməliyyat uzrə rəis mavini Mehman Məmmədov qrupunun  mənim başıma gətirdikləri müsibət haqqında  ölkə başçısına etdiyim müraciətlər nəticəsis qalmışdır. Həmçinin mən aidiyyati uzrə 7 instansiya məhkəməsinə müraciət etdim və hec bir seyə nail ola bilmədim.

29.09.2014- ci il də ABŞ-ın Azərbaycandakı səfirliyinə sığınacaq almaq barədə muraciət etdim və hal-hazırda cavab gozləyirəm. Hətta mən ailəmlə birlikdə Azərbaycan Respublikasının Daxili Islər nazirinin qəbulunda oldum orda da heç bir nəticə əldə edə  bilmədim. Yuxarda sadaladıgım vəzifəli səxslərin əməlləri goz qabagındadır. Onların tutdugu işlər aldıqları rüsvətlər, bir sozlə vətəndasları aldadıb hər vasitə ilə cibini kəsmək elə bil ki onların anadangəlmə vəzifə borclardır.

Ənvər Seydəliyevi olkə bascısı Agsu rayonuna icra hakimyyətinin başçısı vəzifəsinə təyin edərkən biz Agsu caamatı sevindik ki, şükürlər olsun Allaha ki, rayonumuz abadlaşacaq, firavan yasayacağıq. Sən demə Seyidəliyev özü ücün var dovlət yıgmaga gəlibmiş. Onun qeyri- qanunu isləri barədə tez- tez mətbuatda yazılar dərc olunur. Onun satdıgı torpaqların sayı-hesabı yoxdur.  Onun elə obyektləri var ki, dovlətin qanunla qorunan ərazisində tikilib. Əvvəllər torpaq sahələrini metrə ilə ölçürdülərsə, indi xətkeşlə tində-bucaqda yer axtarıb satdırır. Mən ozum az da olsa bu yazdiqlarımı mətbuat vastəsi ilə ictimaiyyətə catdırmaq istəyirəm ki, qoy hamı bilsin ki, Ağsu rayonunu kimlər idarə edir. 

Agsu rayonunda vəzifəli səxslər ozləri əyri ola-ola duz adamı şərləyir və pula gorə işdən cıxartdırırlar. Buna misal olaraq mən özümü göstərmək istəyirəm.

Özüm Qarabağ müharibəsi veteranıyam. 1991- ci ildə Latviya respublikasının Zemeliski rayonunda polis nəfəri vəzifəsində isləmisəm.  Ermənilərin dövlətimizə qarşı torpaq iddiası qaldırdığı zaman könüllü olaraq öz raportumda yerimi dəyişdirib, Tərtər rayon polis şobəsində, Agdam bölgəsində xidmətimi davam etdirmişəm. Üzərimə düşən vəzifəni calısmısam ki, layiqincə yerinə yetirim.

1992- ci ildən 2012- ci ilin fevral ayının 18-nə qədər Agsu rayon polis şöbəsində polis nəfəri vəzifəsində çalışmışam. Ailə vəziyyətimlə baglı mən Ağsu səhər suvarma sistemlər idarəsinin müdiri Əlüseyn Mayılovdan xahis etdim ki, mənim qardaşıma imkan daxilində bir işlə təmin etsin.  Bir muddət kecdikdən sonra evimizin yaxinlığında olan su idarəsinin qarşısında təzə traktor dayandıgını gördüm. Oranın gözətçisindən soruşdum ki, bu traktor kimindir.Bildirdi ki,idarəmizə təzə gətirilib. İdarənin müdirindən bu tarktoru qardaşıma verməsini xahiş etdikdə o dedi ki, Ağsunun icra başçısının qohum-əqrabası ona işləməyə imkan vermir,hər bir şeyə haqq qoyublar. Ancaq mən sizin rəislə dostam. Gətirdiyim təzə traktorun 3000 manat şirinliyi var. Mən ona ailəmizin böyüklüyünü və pulumuzun olmamasını dedim. İdarənin müdiri isə mənə bildirdi ki, mənə kim pul versə traktoru da ona verəcəyəm.Həqiqətən də o bu traktoru hər ay 2 quzu almaq şərti ilə başqa bir adama verdi. Mən ona bildirdim ki, başda icra başçısı olmaqla qanunsuz əməlləri barədə dövlət başçısına məlumat verəcəm. 20 dekabır 2011- ci ildə su idarəsinin müdirinin insanları aldadaraq rüşvət alması haqqında cənab prezidentə müraciət etdim. Mən sonra ACE-nin nin sədri Əhməd Əhmədzadəyə də onun qanunsuz əməlləri barədə məlumat yazdım. Aradan bir müddət keçdikdən sonra  mən polis şöbəsinə işə gələrndə bildirdilər ki, mənim haqqımda  Əlhüseyin Mayilov şikayət ərizəsi yazıb. Mən təcübləndim ki, onun haqqında ölkə başçısına məlumat vermişəm, indi isə məndən şikayət edilir.  Sonradan məlum oldu ki, Əlhüseyin Mayılov Agsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə bildirib ki, polis serjantı Qənbərov Səxavət bizim əməllərimiz barədə prezidentə məlumat verib. Ənvər Seyidəliyev deyib ki, mən rəisə zəng edəcəyəm,sən polis şöbəsinə gedib onun haqqında yalandan ərizə yazıb üzünə durarsan. Onu işdən azad edəcəm. İcra başçısının tapşırığı həyata keçdi. Mənim üzümə durdular ki, güya ki, mən su idarəsinin müdirindən 10 manat rüşvət istəmişəm və idarədən agac qırıntıları aparmışam. 7 dəfə keçirilən məhkəmədə bir nəfər də olsun hakim cəsarət edib su idarəsinin müdirini məhkəməyə gətirə bilmədilər. Çünki bu işin təşkilatçısı birbaşa icra başmısı Ənvər Seyidəliyevdir.  Belə insanlarla dövlət idarə etmək olarmı? Şəxsən mən düşünürəm ki, belə vəzifəli şəxslərin tabeçiliyində işləməkdənsə xaricə gedib onların qoyun-quzusunu otarmaq daha yaxşıdır.Mən polisdə işlədiyim zaman da belə rüşvətxor insanlara nifrət etmişəm. İstəmirəm övladlarım da böyüyüb bunlar kimilərinin tabeçiliyində yaşasınlar.

Səxavət Qənbərov

P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti