Səxavət Tağlar

...Müharibənin ilk günləri idi. Orta məktəbi yenicə bitirmiş Azər anasına (uşaq ikən atasını itirmişdi) demədən könüllülərdən ibarət dəstəyə üzv yazıldı.

            Bunu eşidən anası Anaqız:

      ---- A bala, deyir müharibəyə gedirsən?!

     ---- Bəli, anacan! Müharibəyə gedirəm! Qonşumuz Sabir kişinin oğlu Əsədin qisasını almağa! O,ölməli oğul deyildi...

           Ana oğlunu dilə tutdu:

---- Bala! Tək oğlansan. Sənin müharibədə nə işin?! Görmürsən dünya qana çalxanır.

---- Yox! Ana! Nə olsun tək oğlanam?! Bəyəm Əsəd tək oğul döyüldü... Kəndimizin yaxınlığında gedən döyüşlərdə altı nəfər ermənini qanına-qaltan elədi... Silahlarını gətirib bizimkilərə verib, geri qayıdarkən düşmən gülləsinə tuş gəldi. Hayıf  Əsədə! Hayıf!!... Hər dəfə onun nişanlısı Nazlını görəndə vücudum titrəyir...

Ana təhər-töhür etməyə başladı:

---- A bala, onsuzda qarşıda əsgərliyin var. Gedərsən, sənə hərbin sirlərini öyrədərlər! Lazım gəlsə döyüşə də apararlar...

---- Yox eee..., ay ana! Bunlar hələ qarşıdadır. Uşaqlar mənə “Sən idmançısan, ölkə çempionusan... Kəndimizin müdafiəsinə gedək...” deyir.

Hərbi xidmət yaşına bir ay qalmış Azər anası ilə görüşüb, könüllülərdən ibarət dəstə ilə birlikdə kəndin müdafiəsinə yollandı.

    ... Ananın əli ev-eşik işlərinə yatmadı. “Axı, o uşaqdı, hərbi xidmət yaşı da tamam olmuyub”-- deyə, düşündü.    

         Azər isə doğulub boya-başa çatdığı kəndin müdafiəsi üçün könüllülərdən ibarət dəstədə xidmətilə öyündü.

     ...Gecə idi. Şaxtalı bir qış gecəsi. Quduzlaşmış düşmənin zirehli texnikaları od püskürürdü. Qığılcımlar  yeri-göyü işıqlandırırdı. Azəri döyüş yoldaşları arxa hissədə keşikçi qoymuşdular...

      ... Bir gün...İki gün...Balaca keşikçi irəli getməyə can atırdı. Hərbidən qayıtmış, qismən peşəkar olan döyüşçülər buna yol vermədi...

          Səhərə yaxın olardı. Azər ona verilmiş tapşırıqları icra etsə də, anasının narahatçılığı onu rahat buraxmadı... Yadına anasının söylədikləri düşdü:

      ---- Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub... Allah onlara lənət eləsin!

      ... Kasıb və tənha ana isə yataqda o qədər işgal olunmuş kəndləri, rayonları, bu dünyanın haqsızlıqlarını düşünmüşdü ki, yalnız sabaha yaxın yuxuya getmişdi.

      ... Ana hövlnaq yuxudan oyandı. Artıq kəndin mal-qarası örüşdə idi. O, heyvanları növbəyə qoşa bilmədiyi üçün oğlu Azərin topladığı alafdan onların qabağına töküb, evə qayıtdı...

      ...Uşaq ikən oğlu Azərə dönə-dönə verdiyi öyüdlər kino lenti kimi beynində dolandı.

      ---- Bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub...

  Artıq saat 10 olardı. Azər sərhəd boyunca örüşdə otlayan kənd heyvanlarının içində öz mal-qaralarını görməyib, evlərinə doğru yollandı. Həyətə çatanda kənd poçtolyonu Əli kişi də burada idi. Komissarlıqdan Azərə hərbi xidmətə getmək üçün çağırış vərəqi gətirmişdi...

   ...Sevincdən Anaqız xala Azəri bağrına basdı. Göz yaşlarını gizlətmək üçün başını oğlunun sinəsinə söykədi. Ananın ürəyindən keçənləri Azər onun hissiyyatından duydu:  “Bala, bu ermənilər ki, var, çox xain və hiyləgər bir millətdir! Onlar yaxşılıq bilmir... Ömrü böyu ocağımızdan köz, bulağımızdan su götürüb, ocağımızda da, bulağımızda da  gözləri olub...Hərbinin sirlərini mükəmməl öyrən, döyüşə də getmək lazım gəlsə öndə get, haaa!                                                                                                                             

Bölməyə aid digər xəbərlər

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

13 İyun 2016 “YAZIÇI” SÖZÜ QAN TURALIDAN BEZİB

13 İyun 2016 Üçlük iş istəyirəm – Hekayə

10 İyun 2016 Fərdlər yoxsa layihələr?

06 İyun 2016 Dərviş hekayələri

Xəbər lenti