Sərxan Carçı

Rəsm sevərlər üçün metronun “Nəriman Nərimanov” stansiyası arzuolunan məkandır. Stansiyanın giriş və çıxışlarında dünya rəsm incilərindən müxtəlif nümunələr sərgiyə bənzər formada nümayiş olunmaqdadır. Bu rəsmlərin içindən biri nəzərimi xüsusən cəlb etdi. Diqqətimi çəkən tablo rəssam Mixail Vasilyeviç Nesterovun “Gənc varfolomeyin xəyallanması” adlı əsəri idi. Rəssamın müqəddəs insana həsr etdiyi bu əsəri tənqidçilər haqlı olaraq mənəvi təmizlənmə mövzusunda olduğunu desə də, gerisini ümumi sözlərlə tərif edirlər. İnsanın mənəvi təmizlənməsi mövzusunda olan bu rəsm əsəri ümumi yox, mənəvi təmizlənməni konkret formada özündə əks etdirir.

Tablodan göründüyü kimi gənc oğlan din adamı qarşısında bir əhdləşmədədir. Bu görüntüyə islamda və Qurani-Kərimdə “mürşid önündə tövbə” deyilir. Əksər dindarlar qarşı şıxa bilər ki, mürşid nədir, mürşid önündə tövbə nədir, bunlar hardan çıxdı? Amma həmd olsun, indiyədək söylədiklərimiz hamısı kitabdan olduğu kimi, bu yazdıqlarımız da sözsüz ki, Qurandandır. Bir çox ayələrdə mürşiddən (başqa sözlə vəsilə, vasitəçi, hidayətçi və s.) bəhs edən cənab haqq Kəhf surəsinin 17ci ayəsində daha açıq formada buyurur: “... Və (Allah) kimi dəlalətdə buraxarsa (kim ruhunu Allaha qovuşdurmağı diləməzsə) onun üçün bir vəli mürşid tapılmaz”.

Ruhunu Allaha qovuşdurmağı diləyərək Allaha təslim olmaq istəyən adamın qəlbinə Allah mürşid (vasitə) sevgisi salar. Həmin kəs duaları ilə, daha dəqiqi Hacət Namazı ilə Allahdan mürşidi soruşub, Allahın göstərdiyi! mürşidə beyət edər (tabe olar). Fəth surəsi 10: “Sözsüz ki, onlar sənə tabe olduqları zaman Allaha tabe olurlar. Onların əllərinin üzərində Allahın əli vardır. Bundan sonra kim əhdini pozarsa, o təqdirdə öz əleyhinə pozmuş olar. Və kim Allahla olan əhdlərinə vəfa edərsə o zaman ona ən böyük mükafat veriləcəkdir ”.
Necəki Yunus Əmrə şeirlərindən birində deyir: “... Kamil bir mürşidə varmadan olmaz”.
    Rəsmə diqqətlə baxdıqda din adamının başının üzərində nur görürük. Hər kəs bu cür baş üzərində nur rəsmlərinə çox rast gəlib ki, bunun da cavabı Qurani-Kərimdə var. Bu nur, Allah yoluna girmiş insanların mürşidinə beyət edərkən başlarının üzərinə gələn dövrün imamının qoruyucu ruhudur: “Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah, qullarından dilədiyi kəsin üzərinə(başının üzərinə) Allaha qovuşma gününün gəldiyini (o adamın ruhuna) bildirmək üçün əmrindən bir ruh (dövrün imamının ruhunu) nazil edər 40:15.

Onu da deyim ki, Allahın bu olmazsa-olmaz gerçəklikləri təkcə son müqəddəs kitabda yox, təhrif olunmağına rəğmən İncildə, hətta Tövratda da qalmaqdadır.

İncildən:
Korintoslulara 1. Mektup 12:13 İstər Yahudi, istər Yunanlı, istər kölə, istər azad olaq, hamımız bir bədən olmaq üzrə eyni ruhda vaftiz edildik və hamımıza eyni ruhdan içirildi.
Elçilərin İşləri 9:17 Bunun üzərinə Hananya getdi, evə girdi və əllərini Saul'un üzərinə qoydu. "Saul qardaş" dedi, "Sən bura gələrkən yolda sənə görünən Rəbb, yəni İsa, gözlərin açılsın və müqəddəs Ruh'la dolasan deyə məni yolladı.

Tövratdan:
Saylar 11:17, 29 Mən enib səninlə orda danışacağam. Sənin üzərindəki ruhdan alıb onlara verəcəyəm. Xalqın yükünü təkbaşına daşımamağın üçün sənə yardım edəcəklər...
Mezmurlar 5:11 Sevinsin sənə sığınan hərkəs, Sevinc çığlıkları atsın sürəkli, Üzərlərinə qanad aç. Sevinclə coşsun adını sevənlər səndə.

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti