Elşən Əlisoy

Nardaran hadisələri hakimiyyətin bu günə qədər apardığı yanlış siyasətinin məntiqi nəticəsidir. Ölkədə demokratik qüvvələrin əzilməsi, azad seçki,demokratik cəmiyyət arzusunda olan vətənpərvərlərin sıxışdırılması yeni bir qüvvənin ortaya çıxmasına şərait yaratdı. "Azad seçki"şüarı"qan tökəcəyik"şüarları ilə əvəzləndi və qan töküldü. Ölənlərin hər biri bizim öz vətəndaşlarımız və yanlış siyasətin qurbanlarıdır.Bu günə qədər ölkəmizdə milli ideologiyanın formalaşmaması,vətəndaşlarımızın milli kimliyindən uzaq salınması, bir çoxlarının öz milli kimliyindən xəbərsiz olmasına, bununla da başqa ölkələrdən gələn ideologiyaların təsirinə çox rahat şəkildə düşməsinə səbəb oldu. Milli Təhlükəsizlik Nazirliyinin öz işini buraxaraq reketçilik ilə məşğul olması ölkənin tarazlığına ciddi şəkildə zərbə vurdu. Hakimiyyət nümayəndələrinin talançılığı ölkə sakinlərinin sosial vəziyyətinin acınacaqlı hala gətirilməsinə,vətəndaşlarımızn maddi rifahının bərbad hala salınmasına,bununla da əsasən işsiz qalan gənclərimizin başqa dövlətlərdən idarə olunan cərayanlara asanlıqla qoşulmasına şərait yaratdı.

Hakimiyyətin bütün sahələrdə olduğu kimi dini sahədə də yarıtmaz siyasəti özünü göstərməyə başladı. Keçən bu uzun illər ərzində hakimiyyətin Azərbaycanda ruhani yetişdirən ali məktəblərin formalaşdırmaması,ölkədə nüfuzlu islam alimlərinin yetişdirilməsinə maraqlı olmaması ona gətirib çıxartdı ki, təriqətindən və məzhəbindən aslı olmayaraq dini təhsil alan bir çox dindarlarımız dini təhsillərini ölkədən kənarda almaqla, dini fətvalarını da başqa ölkələrin alimlərindən almağa başladılar və bir çoxu da "verbovka" olunaraq ölkəmizə qayıtdılar. Qafqaz Müsalmanları İdarəsinin Sədri Allahşükür Paşazadənin ruhaniliyi buraxıb hakimiyyətə vəkillik etməsi onun dindarlar arasında olmalı olan nüfuzuna ciddi zərbə vurdu. Bunun da nəticəsi göz önündədir.

Dövlət artıq bütün sahələrdə öz boşluğunu göstərməyə başlayır. Təhlükəsizlik orqanları əməkdaşlarının bir çoxu öz işini bacarmayan, sadəcə kimlərinsə yaxınları olduğu üçün vəzifədə oturan adamlardan ibarətdir. Bir müddət bundan qabaq Hacı Talehin polis bölməsinə çağırılaraq döyülməsi əməliyyatçılarımızın naşılığını bir daha ortaya qoydu. Bu adamla yüksək peşəkarlıqla, dövlət və millətlə bağlı söhbətlər aparılması, ona dövlətin özünün sahib durması daha məqsədəuyğun bir iş olaraq həyata keçirilməli idi. Hacı Talehin döyülməsi və həm də namaz üstündə döyülməsi bilərəkdən və ya naşılıqdan həyata keçirilən çox səhv bir addım idi. Bununla da, əslində Hacı Talehin nüfuzunun artmasına və onsuz da gərgin olan dindarları biraz da gərginləşdirilməsinə səbəb oldular.

Hacı Talehin son çıxışları onu göstərirdi ki, baş verən proseslərin bir çoxu onun iradəsindən kənarda baş verir. Bir çox savadsız və ya başqa yerlərdən idarə olunan dindarların “Hacı Taleh həbs edilərsə ölkəni qan gölündə boğarıq" kimi hədəli yazılar paylaşması əslində Hacı Talehə dəstək olmaq yox, onun hədəfə gətirilməsinə səbəb oldu. Bununla da ölkədə ciddi bir gərginliyin yaranmasına gətirib çıxartdılar. Əslində zamanında bu adamlar ortaya çıxarılmalı və sakit şəkildə ölçü götürülməli idi.

Bu sirr deyil ki, Azərbaycanda olan məscidlərin böyük əksəriyyətinin dövlətə heç bir aidiyyəti yoxdur. Məscidlərdə ibadətlə məşğul olan dindarların bir çoxu orada ibadətdən çox siyasətlə məşğul olan qruplar tərəfindən sıxışdırılaraq uzaqlaşdırılır. Dövlətin təyin etdiyi axundların arxasında namaz qılınmır. Məscidlər ibadət ocağından çox fitnə yuvalarına dönübdür. Hakimiyyət əgər dövlətçiliklə məşğul olsaydı əvvəldən bu təhlükəli işlərin qarşısını alıb, ibadət ocaqlarımıza sahib durardı. Görünən odur ki, Azərbaycan hakimiyyətində heç kim öz işi ilə məşğul deyil.

Nardaran hadisələri şəhidlərimizin bizlərə əmanəti olan dövlətimizin çox ciddi təhlükələrlə üz-üzə olmasını bir daha sübut etdi. Bu hadisənin regionlara yayılmasının qarşısı alınmalıdır. Hər bir vətəndaşımız dərk etməlidir ki, ölkəmizdə baş verəcək silahlı qarşıdurmalardan heç birimiz qazanmayacağıq.Ərəb ölkələrində baş verənləri ölkəmizə gətirməyə çalışanlar kimliyindən aslı olmayaraq dövlətə və millətə xəyanət edir. Hər kəs anlamalıdır ki,çox mürəkkəb bir regionda yaşayırıq. Ağlımızla yox, hisslərimizlə edəcəyimiz hərəkətlər dövlətimizin birdəfəlik məhvinə gətirib çıxardacaq. Azərbaycanda vətəndaş müharibəsini yaratsalar bundan yararlanan Rusiya, İran və Ermənistan olacaq.

Dindar qardaşlarımızın bir çoxu özünü Həzrət Əlinin tərəfdarları hesab edir və İmam Əlinin uzun müddət xilafətin zərər görməməsi xatirinə hakimiyyət davası aparmadığını və susub səbirlə gözlədiyini deyirlər. Həqiqi İmam Əli tərəfdarları bu gün də o yolu davam etməlidirlər. Dövlətimizin polisinə silahla cavab vermək, əsgərimizə güllə atmaqla dövlətin süqutuna çalışmaq Həzrət Əlinin yolu deyil. Əgər sizi dövlət orqanlarına dəvət edirlərsə hamı kimi siz də sakit şəkildə gedin və haqqınızı hüquqla sübuta yetirin. Nardaran xüsusi status almış bir region deyil. Nardaran Azərbaycanımızın gözəl guşələrindən biri və ağsaqqal sözünün hakim olduğu minlərlə kəndlərimizdən biridir. Bu gün kənddə barikadalar qurmaq, dövlətə silah tuşlamaq, uşaqların, gənclərin əlinə daş-kəsək vermək Nardaran camaatına heç bir xeyir verməyəcək. Yenə də ağsaqqallar qabağa düşsün, danışıqlar aparsın və günahkar kimdirsə ciddi bir araşdırma apararaq cəzalandırılmasına çalışılsın. Birdəfəlik hamımız anlayaq ki, Azərbaycan dövləti müqəddəsdir. Azərbaycan dövləti heçdə boş yerə bərqərar olmayıb. Bu gün Kərbala şəhidliyindən danışırıqsa bilməliyik ki, Azərbaycanın var olması üçün minlərlə gəncimiz şəhid olub. Minlərlə Zeynəblərimiz, qardaşsız və övladsız qalıblar. Allah Azərbaycanımızı qorusun!

 

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti