Elşən Əlisoy

Ölkədə dəhşətli dərəcədə qütbləşmə gedir. Məmurlarla sadə insanlar arasında dərin bir uçurum yaranıb. Uçurumun hər iki tərəfində dayanan qrupların bir-birlərinə nifrətləri günbəgün artmaqdadır. Ölkənin bütün gəlir sahələrini əllərinə alan korrupsioner məmurlar Azərbaycan vətəndaşlarını görəndə sanki insan yox, qul və pul şəklində görürlər. Belə durumlarda vətəndaşların ümid yeri prezident olur. “Prezidentin bundan xəbəri yoxdur” sözlərini az eşitməmişik. Bir çox insanlar var ki, dövlət başçısının məmur özbaşınalıqlarından xəbərsiz olduğuna qəlbən inanır. Prezidentin baş verən özbaşınalıqlardan xəbərsiz olduğunu düşünən vətəndaşlar başlayırlar şikayətlərini prezidentin ünvanına yazmağa. Bununla da özlərini yenidən məmurların hədəfinə çevirirlər. Hansısa icra başçısı haqqında prezidentə ünvanlanan şikayət məktubu prezident administitasiyasından elə həmin icra başçısının özünə göndərilirsə, siz həmin ərizə yazan vətəndaşn bundan sonra başına gələnləri özünüz fikirləşin.

Prezidentin hər şeydən xəbəri var.

Prezidentin keçirdiyi müşavirələr sanki "onun əslində əlindən heçnə gəlmir" kimi rəylər formalaşdırmağa xidmət etdirilir. Baxmayaraq ki, prezident çıxışı zamanı sərt ifadələr işlədir, ümumi şəkildə hamının bildiyi problemlərdən danışır. Ancaq "hər şeydən xəbərim var" deyərək, heç kimi də cəzalandırmaması vətəndaşa “get kimə deyirsə de!” deyən məmura qol-qanad verir. Prezidentin məmur özbaşınalıqları haqqında etdiyi çıxışları saatlarla efirdə yayımladanlar sanki prezidentin çıxışının sadəsə piyar xarakterli olduğunu insanların gözünə soxmağa çalışırlar.

Müxalifətçilərin qohumlarından alınan “imtina” bəyanatları kimə xidmət edir?

Bir çox Avropa dövlətlərinin Azərbaycanda demokratiyanın olmaması, insan haqlarının kəskin şəkildə pisləşməsi haqqında verdikləri bəyanatlar, bəzən məmurlara qarşı sanksiya çağırışları Azərbaycan hakimiyyətinin hansı durumda olduğunu göstərir. Azərbaycan iqtidarı ilə bir çox Avropa ölkələri arasında soyuq bir savaş gedir. Belə bir durumda İlham Əliyevin yaxın ətrafının problemlərdən çıxış yolu axtardıqlarının şahidi oluruq. İqtidarla müxalifət arasında başlayan müzakirələr, jurnalistlərə mükafatlar və adlar verilməsi hakim komandaya sadiq olanların beynəlxalq aləmdə Azərbaycan hakimiyyəti haqqında yaranmış diktator imicini dağıtmağa hesablandığını hər kəs hiss edir. Ancaq bu zaman iqtidarın başqa bir qolu hərəkətə keçərək , müxalifətçilərin qohumlarına məcbur edirlər ki, onlardan imtina etsinlər. Bununla da 37-ci il reperesiyasının bənzərini yaradaraq İlham Əliyevin demokratiya görüntüsü yaratmaq cəhdini alt-üst etməyə çalışırlar. Nüfuzlu beynəlxalq təşkilatların  həbsdə olan Xədicə İsmayılovanı, Leyla yunusu, İntiqam Əliyevi və s. Başqa məhbusları azad edin çağrışına dirəniş göstərməklə İlham Əliyevə qarşı təzyiqlərin artmasına xidmət edənlər də elə prezidentin özünün “yemlədiyi” məmurlar ordusudur. Hakimiyyətdə elə ciddi fiqurlar var ki, onların İlham Əliyevə qarşı olduqları ciddi şəkildə özünü büruzə verir.

Rayonların abadlaşdırılması hansı vəsait hesabına başa gəlr?

  Rayonlara baş verən abadlq işlərinin hansı formada aparıldığını hər birimiz yaxşı bilirik. Bir neçə aydan bir divarlar soyulur və rənglənir. Yollara asfalt vurulduqdan sonra məlum olur ki, onun altında qaz və ya su xətti keçməlidir , yenidən dünən çəkilən yolların qazlıb "düzəlməsi" prosesi başlayır.. Hər halda müəyyən işlər gedir. Dövlət başçısı da çıxışlarında görülən işlərin dövlət büdcəsi və prezientin ehtiyat fondu tərəfindən ayrılan vəsait hesabına şəxsən özünün göstərişi ilə həyata keçirildiyini deyir. Ancaq maraqlı odur ki, görülən bu işlər dövlətin yox, hansısa məmurun ad ilə bağlanır. Bir yer abadlaşan kim məmurlar o işi öz adlarına çıxmağa başlayırlar. Şəxsən mənim yaşadığım Ağsu rayonunda bu işləri Səlim Müslümov və ya Mikayıl ismayılov öz cibindən edir kimi sözləri onların yaxın ətraflarının dilindən çox eşitmişəm. Sual yaranır ki, əgər bu işləri məmurlar ciblərindən edirlərsə bəs onda dövlətimizin büdcəsi hara gedir ?Və ya, bəlli bir maaşı olan məmurda bu qədər pul hardandır? Bundan başqa rayonların abadlaşdırılması haqqında prezidentin ayırdığı vəsaitləri kim yeyir? Bunların sözündən belə çıxır ki, prezident vəsaiti ayırır və mənimsəyir. Əvəzində də bu işləri görməyi bunların boyunlarına qoyur. Görünən odur ki, İlham Əliyevə qarşı  hakimiyyət daxilində, əlindən bəyanat verməkdən başqa bir şey gəlməyən Azərbaycan müxalifətindən də daha ciddi bir qrup mövcutdur və həmin qrup da hakimiyyətin elə öz içində yemlənərək inkşaf edir. Prezidentin çıxışlarını  gülüş obyektinə çevirtdirənlər, onun sərəncamlarını, tapşırıqlarını saya salmayan bu məmurlar ağacı içindən yeyən qurdlar kimi hakimiyyəti də içndən yeməyə davam edirlər. Bu qüvvələr gec-tez hakimiyyətin axırına çıxacaqlar. Bunlara sadəcə böyük dövlələrdən verilən ciddi bir siqnal lazımdır.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti