Azərbaycanda milli valyutanın kəskin devalvasiyası üçün zəminlər müşahidə olunur, iqtisadiyyat üzrə ekspert Nemət Əliyev belə hesab edir.

Onun sözlərinə görə, milli valyutanın məzənnəsi 1 dollar / 2 manata qədər düşə bilər.

Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində ekspert yay ərzində milli valyutanın dollara və avroya nisbətdə məzənnəsinin 10%, kommersiya banklarının məzənnələrinin isə 13-14% düşdüyünə diqqət çəkib.

Ekspert banklarda xarici valyuta satışlarının məhdudlaşdırılmasını “məntiqli” hesab edir, banklar da manata etibarı itiriblər və özlərini riskdən sığortalamaq istəyirlər.

Fəallaşan “qara bazar” valyuta tələbatını qismən təmin edir, buna görə bu təzahürə qarşı yalnız inzibati metodlarla mübarizə səmərəsizdir.

Ekspert yaranmış vəziyyətin səbəbini qeyri-neft sektorunun zəifliyində və ölkə ticarətindəki mənfi saldoda görür.

2014-cü ildə xarici iqtisadi əməliyyatlarda müsbət saldo 8,2 mlrd. dollar, 2015-ci ildə 2,2 mlrd. dollar təşil edib. Bu ilin 7 ayı ərzində isə artıq idxal ixracdan 167 mln. dollar artıq olub, deyə o qeyd edib.

“Ölkəyə xarici valyuta axınının azalması şəraitində manatın ucuzlaşması qaçılmazdır. Mərkəzi Bankın ehtiyatları iki ildə 15 mlrd. dollardan 4,2 mlrd. dollara qədər azalıb.

AMB manatı dəstəkləmək üçün valyuta intervensiyalarını dayandırıb, Dövlət Neft Fondu isə valyuta ehtiyatlarını qorumağa çalışır.

İlin ikinci rübündə ARDNF faktiki oaraq dövlət büdcəsinə transfertləri dayandırıb.

Belə ki, birinci yarımildə Dövlət Neft Fondu dövlət büdcəsinə 3,8 mlrd. manat köçürməli idi, amma faktiki olaraq 1 mlrd. 760 mln. manat və ikinci rübdə cəmi 100 mln. manat köçürüb.

Ekspert bunda ARDNF-nin yeni kəskin devalvasiya gözləntisi ilə büdcə öhdəliklərini yeni məzənnə ilə daha az valyutadan istifadə etməklə yerinə yetirmək üçün valyuta ehtiyatlarını qoruyub saxlamaq cəhdi sezir.

Dollarla hesabladıqda dövlət büdcəsinin həcmi 25 mlrd. dollardan 11 mlrd. dollara qədər azalsa da, hökumət büdcənin gəlir və xərc hissəsini təmin etmir.

İyunda gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar 49,4% azalıb ki, bu da müəssisələrin və iş yerlərinin bağlandığını göstərir.

Mənfəət vergisinin yığılması 22%, sadələşdirilmiş vergi 44%, ƏDV 35% azalıb.

Sonuncu göstərici iqtisadiyyatın zəifləməsinin göstəricisidir, deyə ekspert qeyd edib.

Birinci yarımildə büdcənin xərclər hissəsi cəmi 25% yerinə yetirilib ki, bu da hökumətin büdcə vəzifələrinin yerinə yetirilməsini təmin etmək iqtidarında olmadığını və yeni kəskin devalvasiyaya əl atmaq məcburiyyətində qalacağını göstərir, Nemət Əliyev belə hesab edir.

Ekspert vəziyyətdən çıxış yolunu qeyri-neft sektorunun inkişafı, inhisarın və korrupsiyanın aradan qaldırılması üzrə təcili tədbirlərin görülməsində, ədalətli rəqabət üçün şərait yaradılmasında, sahibkarlıq azadlığının və iqtisadiyyatda liberal mühitin təmin edilməsində görür.

Bölməyə aid digər xəbərlər

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

30 Avq 2016 Ərzaq məhsullarının qiyməti bahalaşdı –YENİ BAHALAŞMA GÖZLƏNİLİR

24 Avq 2016 Dollar sürətlə bahalaşır - Bu günün rəsmi məzənnəsi

20 Avq 2016 BANK VTB VƏKİLƏ MƏĞLUB OLDU

16 Avq 2016 Azərbaycan banklarına xəbərdarlıq edildi

11 Avq 2016 Dollar bir az da BAHALAŞDI

09 Avq 2016 Dünya bazarında neft ucuzlaşıb

06 Avq 2016 Bu şəxslərin kreditləri silinir

04 Avq 2016 Qızılın ucuzlaşması davam edir

03 Avq 2016 Azərbaycanda 5 xarici şirkətin filialı ləğv olundu

Xəbər lenti