Əkrəm Həsənov
Hüquqşüna, bank üzrə ekspert

Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır. Eyni ilə Mərkəzi Bankın da tələbata uyğun banklara dollar satmamasını belə ifadə etmək olar: Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Və əgər bankları hardasa başa düşmək olarsa (1. dolları azdır; 2. ümumiyyətlə, sahibkar olaraq hər hansı əqdi bağlayıb-bağlamamqda sərbəstdir), Mərkəzi Bankın bu mövqeyini başa düşmək mümkün deyil.
Çünki Konstitusiyamızın 19-cu maddəsinə əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Yəni manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır. Buna görə də qiymətini də özü müəyyən edir. Həmin qiymət o cümlədən xarici valyutalara nisbətdə rəsmi məzənnədir. Yəni Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır (yaxud da 1 dolları 1,6403 manata satmağa hazırdır – fərqi yoxdur). Hüquqda buna “ümumi oferta” (yəni "ümumi təklif") deyilir və Mülki Məcəlləmizin 408.7-ci maddəsində nəzərdə tutulub: “Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.
Təsəvvür edin ki, satıcı kartofun üstündə qiymətini yazıb: 1 kq – 1 manat. Amma alıcılar gələndə deyir ki, satmıram. Adama deməzlər ki, zalım oğlu zalım, dediyin qiymətlə satmırsansa, başımızı niyə xarab edirsən, satacağın qiyməti de, biz də alıb-almayacağımız haqda qərar verək də?
Mərkəzi Banka gəldikdə isə məsələ bundan da absurddur. Belə ki, Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir. Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan edildiyindən aşağıdır. Bir sözlə, rəsmi məzənnənin heç bir mənası yoxdur. Elman Rüstəmovun manatın üzərindəki imzasının mənası kimi. Həm hüquqi, həm də mənəvi cəhətdən imza edən imzasının arxasında durmalıdır. Sözünün də arxasında durmalıdır. Amma Rüstəmov nə ötən ilki devalvasiyalar qabağı verdiyi sözünü tutdu, nə imzasının arxasında durur, nə də elan etdiyi qiymətlə manatı almır. Manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar? Manatı buraxan dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin? Belə şəraitdə qara bazar necə yaranmasın axı? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb. Kim bilir, bəlkə də istəyi ilə...
P.S. Maraqlısı həm də odur ki, keçirilən hərraclarda da banklara dollar rəsmi məzənnədən də bir qədər baha satılıb. Bunun rəsmi əsasını tapa bilmədim. Amma eşitdiyimə görə üstünə 0,0041 də gəlirlər. Yəni Mərkəzi Bank 1,6403 elan edibsə, əslində 1,6444-lə satır. Adını da qoyur ki, guya bu, hərracın dəhlizidir, nə bilim nədir. Tələb təklifdən azı 10 dəfə çoxdursa, nə hərrac, nə dəhliz?

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

30 Avq 2016 Ərzaq məhsullarının qiyməti bahalaşdı –YENİ BAHALAŞMA GÖZLƏNİLİR

Xəbər lenti