Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib. 

Müraciət Palatanın baş icraçı direktoru İbrahim Alışovun və Bank fəaliyyətinə nəzarət Departamentinin direktoru İmran Məmmədovun adından edilib.

Müraciətdə bildirilir ki, MBNP-nin Direktorlar Şurasının iyulun 21-də lisenziyasını ləğv etdiyi 4 bankın - "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin əməkdaşları və aidiyyəti şəxslər arasında sövdələşmələr nəticəsində mövcud bankların bir sıra satış nöqtələrində həyata keçirilən bank fəaliyyəti və dominant olaraq valyuta mübadilə əməliyyatlarının aparılması qeyri-rəsmi olaraq "françayzinq" fəaliyyətinin tətbiqi kimi xarakterizə olunur. Belə hallar Palata tərəfindən korporativ standartlardan kənarlaşma kimi qiymətləndirilir və sağlam bank praktikası hesab olunmur.

"Bankların həmin şəxslər və yaxud şəxslər qrupu ilə bank fəaliyyətinin həyata keçirilməsi, valyuta mübadilə əməliyyatlarının aparılması üçün hər hansı formada əməkdaşlığı yeni iqtisadi vəziyyətə adaptasiya dövrü yaşayan müasir bankçılıq konsepsiyasına ziddir. Bu səbəbdən qeyd olunan konteksdə əməkdaşlığı Palata məqsədəuyğun hesab etmir", - deyə qurumun müraciətində qeyd olunub.(report)

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti