Azərbaycanda yaxın vaxtlarda qazın da qiyməti qalxacaq. Bu məsələ hökumət çevrələrində müzakirə edlir və yaxın vaxtlarda Tarif Şurası bununla bağlı qərar qəbul edəcək

 Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, qeyri-neft sektorundan daxilolmaların azalmasından yaranan kəsiri hökumət təbii inhisarların xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək istəyir. Bu baxımdan da ilk növbədə əhalinin istehlak etdiyi enerji resurslarını bahalaşdırmaq niyyətindədir.

Hazırda 1000 m3 təbii qazın qiyməti isə 100 manatdır. Qiymətin 120 manata çatdırılması, yəni 20 faiz bahalaşması nəzərdə tutulur.

Mənbənin məlumatına görə, qiymət artımının başqa bir səbəbi isə ARDNŞ-in üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır: Hazırda Dövlət Neft Şirkətinin bir neçə milyard manat borcu var, maliyyə reytinqi mənfiyə düşüb, neftin qiymətində ciddi artım gözlənilmədiyindən şirkətin başqa yolu da qalmır.

İstiqlal.az bir qədər öncə benzin və başqa yanacaq məsullarının qiymətinin bahalaşacağı ilə bağlı məlumat yaymışdı. Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:

Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.

Benzin və başqa yanacaq məhsullarının 15-20 faiz bahalanacağı gözlənilir.

***

Yada salaq ki, bu il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib.


Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

İyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Böyük ehtimalla Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum bitdikdən sonra (26 sentyabr) qaz və benzinin bahalaşması ilə bağlı qərarlar da qəbul edilcək.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti