|
Cari ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib ki, onun 14306,1 milyon manatı uzunmüddətli kreditlər olub.
Dövlət Statitika Komitəsindən 1Xəbər.com-a verilən məlumata görə, kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1% azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3% -ni (1510,359 mln manat) təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən ayın statistik göstəricilərində vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 7,3% -ni təşkil etmişdi ki, cari ilin 6 ayı ilə müqayisədə 0,9% (122,215 mln. manat) çoxdur.