Nüfuzlu "Bloomberg" agentliyi növbəti dəfə Azərbaycan manatına həsr olunmuş yazı dərc edib, yazıda iddia olunur ki, neft qiymətləri ucuzlaşandan sonra Azərbaycan iqtisadiyyatı dollara olan tələbatı ödəyə bilmir. Vəziyyət getdikcə pisləşməkdədir. Son 11 ildə ilk dəfə 2015-ci ildə cari əməliyyatlar balansında kəsir yaranan tədiyə balansı, son 13 ildə ilk dəfə bu ilin mart ayından başlayaraq 3 ay dalbadal xarici ticatət dövriyyəsində müşahidə olunan mənfi saldo manata olan təzyiqləri daha da artırır.

Proqnoz məlumatlara görə, bu il ərzində xam neft ixracatından qiymət səviyyəsindən asılı olaraq 6-7 milyard dollar, qeyri-neft məhsullarının xaricə satışından isə 1 milyard dollara yaxın valyuta əldə olunacaq. Bu isə o deməkdir ki, bu il ərzində əldə edilən valyuta hətta gözlənilən rəsmi idxalla görə tələb olunan valyuta xərclərini belə qarşılamayacaq. Baxmayaraq ki, güzgü statistikası metodologiyası aparılan hesablamalar göstərir ki, faktiki iidxal rəsmi idxaldan ən azı 30 faiz çoxdur. Bununla yanaşı, 2016-cı il büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 280 milyon manat, xarici dövlətlərə verilən kreditlər üzrə 106,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Baxmayaraq ki, Azərbaycan Monteneqro hökumətinə xarici dövlətlərə verilən kreditlər üzrə məbləği ən azı 2 dəfədən çox üstələyən məbləğdə 175 milyon avro kredit verilməsinə dair qərar verib və bu heç də sonuncu deyildir. Belə ki, bu ilin birinci rübünə açıqlanan tədiyə balansında xalis maliyyə aktivləri 3 milyard dollar ötüb ki, onun da 771 milyon dollarını xaricə yönəldilmiş birbaşa investisiyalar, 2,28 milyard dollisə arını portfel və digər investisiyalar təşkil edib. Bundan əlavə, ARDNŞ-nin 2015-ci il hesabatında göstərilir ki. Bu şirkətin cəmi öhdəlikləri 11,9 milyon manata çatıb, o sıradan qısa müddətli öhdəlikləri isə 3 milyard manatı ötüb ki, onun 90 faizindən çoxu xarici valyutadadır. Eyni zamanda 1 iyun 2016-cı il tarixə kommersiya banklarının xarici öhdəlikləri 6,7 milyard manat, depozitlər üzrə valyuta ilə olan daxili öhdəlikləri isə 18,7 milyard manat təşkil edir. Əlavə olaraq “Azərenerji” ASC-nin, «Azərbaycan Hava Yolları» aviaşirkətinin, “Azərsu” ASC-nin də xarici öhdəlikləri milyardlarla ölçülür. Göründüyü kimi, Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tıləbdən dəfələrlə geri qalır. Bu vəziyyətdə də manatın dollara qarşı məzənnəsinə olan təzyiqlər davam edəcək və bu halda manat artan təzyiqlərə Azərbaycan Mərkəzi Bankının iyunun 1-ə olan 4,284 milyard dollarlıq rəsmi beynəlxalq ehtiyatları bitənədək tab gətirə bilər. İyun ayından başlayan və getdikcə artan təzyiqlər bu templə il ərzndə "ehtiyatları" əridə bilər. Ona görə də nüfuzlu "Bloomberg" agentliyinin narahatlıqlarla dolu olan yazısı diqqətdə saxlanılmalıdır və məzənnə siyasəti elə tənzimlənməlidir ki, bu nə xarici borc öhdəliklərinin sürətlə artmasını, nə də strateji valyuta ehtiyatlarınınn kəskin azalmasını şərtləndirməsin. Bu da həqiqətən Mərkəzi Bankın qısa müddətli dövrdə məzənnə siyasətindən, uzunmüddətli dövrdə isə qeyri-neft ixracatından asılı olacaq. 

Yeri gəlmişkən bu ayın 26-27-də Federal Açıq Bazar üzrə Komitə yenidən toplanaraq ABŞ iqtisadiyyatının vəziyyətini müzakirə edəcək. Bu dəfə uçot dərəcəsinin yüksəldilməsi ehtimalı yüksəkdir. Bu isə manata həm xarici və həm də daxili psixoloji təzyiqi artıra bilər.

Qubad İbadoğlu, İqtisadçı alim.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti