|
Rusiyanın Novosibirsk vilayətinin "Tolmaçevo" hava limanında 300 kiloqram bal və ət keçirmək istəyən sərnişinlər saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Novosibirsk vilayətinin Baytarlıq və Fitosanitar nəzarəti federal xidmətindən bildirilib.
Sərnişinlərdən götürülən 275 kq qida məhsulunun heç bir sağlamlıq tələblərinə cavab vermədiyi məlum olub.
Tutulan ərzaq məhsullarının Azərbaycan, Özbəkistan, Tacikistandan idxal edildiyi bildirilir.
"Heyvanların yoluxucu xəstəliklərə yoluxmasına, o cümlədən təhlükəli məhsulların dövriyyəsinə yol verməmək, ümumi insan və heyvanların mühafizəsi məqsədilə tutulan ərzaq məhsulları gömrük əməkdaşları tərəfindən yandırılaraq məhv edilib", - deyə idarənin məlumatında deyilir.