Mayın 19-da maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.

Bu haqda Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Nazirlikdən Trend-ə isə bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu ölkədəki iqtisadi gəlişmələr olub. Tərəflərin ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyəti, büdcə parametrlərini müzakirə etdiyi bildirilir.

“Xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar da müzakirə olunub” - deyə nazirlikdən bildiriblər.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşlər keçirməsi də nəzərdə tutulur.

Rəsmi Bakı 7 il əvvəl Beynəlxalq Valyuta Fondu ilə münasibətləri dayandırmışdı - qurumun Azərbaycan paytaxtındakı ofisi bağlanmışdı. Həmin addım «tərəflər arasında maliyyə proqramlarının olmaması və xərcləri azaltmaq zərurəti» ilə əsaslandırılmışdı.

Artıq bir neçə aydır ki, durum dəyişməkdədir. Ekspertlərin fikrincə, neft pulları hesabına gəlirləri artan Azərbaycan hökuməti «qara qızıl» və milli manat dəyərsizləşəndən sonra BVF kreditlərinə ehtiyac duyduğunun siqnalını verməkdə idi.

3 ay əvvəl «The Financial Times» qəzeti yenidən BVF-yə üz tutan Azərbaycanın həmin qurum və Dünya Bankından (DB) 4 milyard dollarlıq təcili yardım paketi istədiyini yazmışdı.

Hazırkı görüşlərin sözügedən yardım paketi ilə bağlı olduğunu bəzi ekspertlər istisna etmirlər.

Azərbaycan BVF ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Əməkdaşlıq dönəmində həmin fonddan 363 milyon dollar kredit alıb. Bunun 248 milyon dolları güzəştli kredit olub. Bu kreditlər iqtisadi islahatlar aparılması öhdəliyi və müxtəlif proqramlar çərçivəsində ayrılıb. Sonuncu kredit 2005-ci ildə verilib. Azərbaycan o vaxtdan bəri maliyyə durumunun möhkəmliyini əsas gətirərək kredit götürməyib. Yalnız fondun texniki yardımı ilə razılaşıb.

Bölməyə aid digər xəbərlər

02 Sent 2020 “ARDNF bir işçiyə hər ay orta hesabla 16 min manat xərcləyir” -EKSPERT

06 Apr 2019 “Elə mexanizm qurmalıyıq ki, dünyada qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”

09 Okt 2018 Azərbaycan nefti ucuzlaşdı

20 Fev 2018 Bankda əmanət necə olur ki, “qorunmayan” statusa keçir?

06 Fev 2018 ARDNF AÇG və "Şahdəniz"dən 131,6 mlrd. dollaradək gəlir əldə edib

06 Fev 2018 Azərbaycan nefti bahalaşıb

06 Fev 2018 Mərkəzi Bank yeni məzənnəni açıqladı

05 Fev 2018 Dolların bu günə olan rəsmi məzənnəsi –Mərkəzi Bank

25 Okt 2017 2018-ci ilin büdcəsinin hər 100 manatından 55 manat 10 qəpiyini neft pulu təşkil edəcək

26 Okt 2016 Dollar yenə bahalaşdı

18 Okt 2016 Azərbaycan nefti ucuzlaşdı

18 Okt 2016 Dollar bu gün neçəyə satılır?

17 Okt 2016 Bakıda evlərin qiyməti qalxmağa başladı

14 Okt 2016 Azərbaycan nefti yenə ucuzlaşdı

13 Okt 2016 Neft yenidən ucuzlaşdı

10 Okt 2016 Dollar ucuzlaşdı

08 Okt 2016 Azərbaycan nefti ucuzlaşıb

01 Okt 2016 Azərbaycan-İran avtomobil zavodunun ilk məhsulu nə vaxt hazır olacaq?

30 Sent 2016 Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb

29 Sent 2016 Qızıl bahalaşdı

22 Sent 2016 Rusiyadan neft hasilatı ilə bağlı rekord nəticə

21 Sent 2016 FES uçot dərəcəsini dəyişməyib

21 Sent 2016 Qızıl 3 dollardan çox ucuzlaşıb

20 Sent 2016 Dollar bu gün neçəyə satılır - Rəsmi məzənnə

16 Sent 2016 SOCAR-ın səhmləri satışa çıxarıla bilər

09 Sent 2016 “Manatın ucuzlaşması qaçılmazdır” - VİDEO

08 Sent 2016 Manatın rəsmi məzənnəsinin mənası nədir ?

08 Sent 2016 Qızıl bahalaşdı

01 Sent 2016 Azərbaycan nefti 47 dollara düşüb

31 Avq 2016 Dollar sürətlə bahalaşır

Xəbər lenti