|
“Türkiyə “Türk axını” qaz kəmərinin tikintisində iştirak etməyəcək”.
Avropa.info xəbər verir ki, Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız belə deyib. O bildirib ki, kəmərin tikintisinin başa çatmasından sonra Türkiyə birgə Rusiya-Türkiyə şirkəti həmsədri olacaq. Edirne şəhərində isə qaz kəməri quruya çıxacaq.
Nazir qeyd edib ki, TANAP kəmərinin tikintisi tam sürətlə aparılır. Bu kəmər Türkiyə kimi bütün region üçün əhəmiyyət daşıyır.
Yıldzın sözlərinə görə iki kəmər bir-birinə rəqib deyil. Gələcəkdə TANAP-a Türkmənistanın da qoşulması gözlənilir.