|
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 10 nömrəli stasionar dəniz özülündən 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Teleqraf.az xəbər verir ki, quyu fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2892 metr intervaldan gündəlik 45 ton neft və 55 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.