Martın 24-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% bahalaşaraq 17 515,73 bənd, "S&P 500" 0,04% azalaraq 2 035,94 bənd, "Nasdaq" isə 0,10% irəliləyərək 4 773,50 bənd təşkil edib.

Ardını oxu...


London və Nyu-Yorkun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətləri ucuzlaşıb.

Ardını oxu...

Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq tənəzzülə qədəm qoyub. Ilk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri ötən ilə nisbətən 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub. 

Ardını oxu...

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 03 Mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilmişdir.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılmışdır.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və  iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.


Federal Ehtiyatlar Sistemi (FES, Mərkəzi Bankın analoqu) bu gün iki günlük iclasına yekun vuracaq. İclasın yekununda onun nəticələri açıqlanacaq, ardınca FES-in rəhbəri xanım Canet Yellen mətbuat qarşısına çıxacaq və dolların, müvafiq olaraq, dünyanın əksər valyutalarının taleyinə aydınlıq gətirəcək. İclasın nəticələri Bakı vaxtı ilə təxminən 22:00-da, C. Yellenin mətbuat konfransı isə 22:30-da baş tutacaq.

Ardını oxu...

Xəbər lenti