“Neftçi” idman klubu fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, Azərbaycanın ən böyük idman klubunun əməkdaşları qeyri-müəyyən müddətə öz hesablarına məzuniyyətə göndəriliblər.

“Neftçi” idman klubunun strukturunda 12 idman qurğusu və 3 istirahət mərkəzi fəaliyyət göstərir. Bu qurğularda idmanın 36 növü üzrə 169 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər. İstirahət mərkəzlərində isə neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti yüksək səviyyədə təşkil olunur və onlara müasir standartlara cavab verən səviyyədə xidmətlər göstərilir.
“Neftçi” idman klubunun strukturunda idman qurğuları bunlardır: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, İsmət Qayıbov adına Təlim-İdman Bazası, Təlim-Məşq Kompleksi, “Məşəl” İdman Kompleksi, Pirallahı stadionu və idman zalı, “Qaradağ” təlim-idman kompleksi, Siyəzən, Şirvan, Neftçala stadionları, İdman zalı kompleksi, Sumqayıt İdman Zalı Kompleksi və Sumqayıt Təlim-İdman Zalı.
Bundan başqa, klubun strukturunda “Nabran” İstirahət Zonası, “Geofizik” İstirahət Zonası və “Şahdağ” İstirahət Zonası fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində neft, qaz və kimya sənayesi işçilərinin, onların ailə üzvlərinin istirahəti təşkil olunurdu.
Klubun İdarəetmə aparatının rəhbəri “Neftçi” futbol klubunun keçmiş prezidenti Sadıq Sadıqovdur.

Bölməyə aid digər xəbərlər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

01 Sent 2016 Azərbaycanlı idmançının Olimpiadadakı nəticələri silindi

31 Avq 2016 İsveçli futbolçu "Qəbələ"də oynaya bilər

30 Avq 2016 Azərbaycanlı idmançıların medalları geri alına bilər

30 Avq 2016 Olimpiya çempionu medalını satdı

22 Avq 2016 Zidanın başı niyə ağrıyır?

21 Avq 2016 Taekvondoçumuz Azərbaycana ilk qızıl medal qazandırdı

Xəbər lenti