Bu gün Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayır.

Trend-in məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. 

Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə "Formula 1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də "Formula 1" üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran Prisi yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

Bölməyə aid digər xəbərlər

01 İyun 2022 “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

21 May 2018 ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?

06 Fev 2018 İngiltərə çempionatında qış fasiləsi tətbiq oluna bilər

05 Fev 2018 “Milan”ın sahibi əvəzlənməlidi - Berluskoni qayıdacaq?

05 Fev 2018 Boks olimpiada proqramından kənarlaşdırıla bilər

01 Noy 2016 Dünyanın ən yaxşı oyunçusunu həm də azarkeşlər seçəcək

28 Okt 2016 Sarridən İquaynla bağlı maraqlı açıqlama

25 Okt 2016 Millimizin sabiq baş mәçqçisi vəfat etdi

25 Okt 2016 "Qızıl top"a namizədlər açıqlandı - siyahı

18 Okt 2016 Bu biabırçılığı da yaşadı - “Mançester Yunayted”

17 Okt 2016 Cavid Hüseynov "Qəbələ" klubu ilə müqavilə bağladı

15 Okt 2016 Messi, Suares və Neymar belə “döyüldü” - Video

14 Okt 2016 Didye Droqba "Napoli" yolunda

13 Okt 2016 Millimizin futbolçuları Norveç və Çexiya ilə oyunlardan nə qədər qazandı?

13 Okt 2016 Yığmamız dünya çempionatına gedir

10 Okt 2016 "Neftçi" klubu fəaliyyətini dayandırdı

10 Okt 2016 Məhşur furtbolçunun anasını təhdid edirlər: “Oğlunuz öldürüləcək”

09 Okt 2016 “Barselona”Arda Turanı 50 milyona satır?

09 Okt 2016 Rövnəq Abdullayev: “Hələ belə bir şey olmamışdı”

09 Okt 2016 Azərbaycan futbolçusu Stiven Siqalı tanımayaraq təhqir etdi

03 Okt 2016 “Barsa”lıları ələ saldı - Keçmiş “Real”lı

23 Sent 2016 Əfsanəvi futbol ulduzu Bakıya gəlir

22 Sent 2016 Güləşçimiz hərbçilərin dünya çempionatında hakim haqsızlığı ilə üzləşib

21 Sent 2016 Millimiz Sloveniyada heç-heçə edib

19 Sent 2016 Yunanıstanda qapıçı döyülərək klubdan qovulub

17 Sent 2016 "Terim nə vaxt qulağımızı çəkib də dediyini etməmişik?" - Arda

09 Sent 2016 “Red Bull”a görə Boykota hazırlaşırlar

06 Sent 2016 Mourinyo Qvardioladan geridə qaldı

03 Sent 2016 Klopp əclafdı! - Məşhur menecer

01 Sent 2016 Bekkenbauerə qarşı ittiham - Dələduzluq, mənimsəmə...

Xəbər lenti