Fəaliyyətinə xitam verilmiş MTN-dəki dəstənin üzvlərindən bir çoxu həbs olunsa da Eldar Mahmudov başqa olmaqla bəziləri hələ azadlıqdadır.

Teleqraf.az  xəbər verir ki, Virtualaz.org bu qruplaşmanın ən amansız üzvlərindən biri hesab olunan müstəntiq, MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi vəzifəni icra etmiş Təhsin Ağayev barədə bəzi yeni məlumatlar əldə edib.

Məlumatlarda deyilir ki, xüsusi xidmət orqanlarından qovulan Təhsin Ağayevin barəsində Baş prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsində MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlardan daxil olan bir neçə ciddi cinayət faktının mövcud olmasına baxmayaraq o, hələ də həbs edilməyib. Bununla belə T.Ağayev təxminən 6 aydır ki, müntəzəm olaraq Bakıdakı “Leyla Şıxlinskaya” klinikasına gedib-gəlir, müalicə alır. Yaxud səhhətinin yaxşı olmadığı görüntüsü yaradır. Məlumatı adıçəkilən klinikadan da təsdiq ediblər. Bildiriblər T.Ağayev nevrologiya şöbəsində müalicə olunub, habelə başqa müayinələrdən keçib.

Keçmiş MTN müstəntiqinin hazırda nə işlə məşğul olduğu, istintaqa çağırılıb-çağırılmadığı barədə saytın suallarına T.Ağayevin vəkili Gülarə İlyasova açıqlama verməkdən imtina edib. O, müvəkkili ilə bağlı hər hansı bir məlumata münasibət bildirmək istəmədiyini deyib.

T.Ağayevin adı MTN polkovniki Malik Mustafayevin intiharı işində keçib. (2014-cü ilin noyabrında yaşadığı evin həyətində özünü asıb) Onun qardaşı Mətləb Mustafayev mətbuata müraciətində bu intihara görə Təhsin Ağayev və Antiterror Mərkəzinin rəisi general Elçin Quliyevi günahkar olduğunu deyib.

MTN sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş işçisi Mətləb Mustafayevi həbs etmişdi və qanunsuz silah əldə etməkdə ittiham edirdi. İstintaq dövründə ondan tələb ediblər ki, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi, general Əli Nağıyevə və qardaşı Vəli Nağıyevə qarşı ifadə versin. O, tələb olunan ifadələri verməyəndə qardaşını MTN-ə aparıblar.

“Qardaşım noyabrın 1-də Elçin Quliyevin qəbulunda olub. Qəbulda Elçin Quliyev ona nə demişdisə qardaşım bir gün sonra özünü asdı. Mənim qardaşımın ölümünə səbəbkar Elçin Quliyev və onun rəhbəri Eldar Mahmudovdur. Eləcə də bu işə, birbaşa aidiyyatı olan Mövlan Şıxəliyev, Təhsin Ağayev, İlqar Əliyev, Elşən Murtuzov, Mübariz və Rasim adlı şəxslərdir” - M.Mustafayevin müraciətində deyilir.

Mətbuata T.Ağayevlə bağlı sızan digər epizod sahibkar Əhməd Mustafayevin işidir. O, MTN tərəfindən həbs olunub, qaçaqmalçılıq ittihamı ilə üzləşib. MTN sahibkarı ölkəyə qaçaq yolla qızıldan düzəldilmiş keçi və qoyun fiqurları gətirməkdə ittiham edirdi. Əslində isə məqsəd sahibkarı şantaj edərək malını-mülkünü talamaq idi.

Sahibkarın danışdıqlarından: “Məni Təhsin Ağayevin – MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisinin yanına apardılar. Deyirdi ki, qaçaqmalçılıqla məşğulam, ona görə də yarım milyon manat verməliyəm. Həmin pulu niyə verməli olduğumu soruşdum. Cavab verdi ki, biznesin var, pulun var, verməlisən. Dedi ki, sən bir qızıl balıqsan ki, düşmüsən torumuza. Obyektim haqda da məlumat verirdi. Başa düşürdüm ki, barəmdə məlumat yığıblar. Pulumun olmadığını deyirdim, Təhsin Ağayev isə deyirdi ki, pulu verməyəcəksən, buradan da çıxmayacaqsan! Ona dedim ki, axı mənim heç bir günahım yoxdur. Məni pula görə saxlamısızsa, xırda-para verim, əl çəkin. Təhsin Ağayev dedi ki, cənabın göstərişidir, xırdaçılıq eləmə, işləyiriksə, adımıza layiq hesabla işləyək. Sonradan bildim ki, cənab dedikləri nazirləri Eldar Mahmudovdur”.

Əhməd Mustafayev 21 gün MTN-də saxlanılıb, təzyiq və işgəncə qarşısında Bakıdakı obyektlərini banka girov qoyub 500 min dollar götürür və T.Ağayevə verir. Onu MTN-dən buraxırlar, vəd edirlər ki, məhkəmədə işinə baxıb şərti cəza verəcəklər. Ancaq Mustafayev MTN qruplaşmasının məhkəmədəki uzantısının əlindən qurtula bilmək üçün daha 100 min dollar verməli olur.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti