İsa Qəmbər: “4 iyun qiyamını yatıra bilməmişik və bunun məsuliyyəti bizim üzərimizdədir”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər 4 iyun qiyamı ilə bağlı açıqlama verib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Milli Məclisin sədri olmuş İsa Qəmbər istefa qərarının özü tərəfindən verilmədiyini, bir komanda şəklində verilən qərar olduğunu açıqlayıb. 

İyunun 11-də Bütöv Azərbaycan Ocaqlarının təşkil etdiyi dəyirmi masada çıxış edən İ.Qəmbər musavat.com-un 23 il əvvəl baş vermiş məlum istefa ilə bağlı sualına cavabında qeyd edib ki, komandanın ümumi qərarından fərqli mövqe tuta bilməzdi: “Mən qiyamın yatırılması tərəfdarı idim. Ümumiyyətlə, 4 iyun qiyamı ilə bağlı çox söz demək olar, ancaq iki dənə cümlə var. Birincisi, qanuni hakimiyyətə qarşı, Elçibəy iqtidarına qarşı qiyam baş verib. İkinci də, həmin hakimiyyət qiyamı yatıra bilməyib. İki həqiqət bundan ibarətdir, gerisi təfərrüatdır. Mən qiyamın yatırılması tərəfdarı idim. Başqa bir təklif də var idi ki, hakimiyyəti siyasi müxalifətlə bölməklə siyasi müxalifətlə hərbi müxalifəti bir-birindən ayırmaq olar və nəticədə qiyamı yatırmaq, zərərsizləşdirmək mümkünləşər. 

Mən bu variantın mümkün olacağına inanmırdım. Çünki görürdüm ki, bu prosesin başında Heydər Əliyev dayanır. Heydər Əliyev də heç kimlə hakimiyyət böləsi adam deyil. Uzaqbaşı gördünüz, bir illiyə Surət Hüseynovla böldü, o da kosmetik bir addım idi. Ona görə bu addım mənə uğurlu görünmürdü. Bu barədə də fikrimi demişdim. Amma ümumi qərar bu istiqamətdə olandan sonra mənim fərqli mövqe tutmağım anlaşılmazdı - nə o dövrdə bizim hakimiyyət komandası tərəfindən anlaşılmazdı, nə də ki, indiki dönəmdə, tarixə indidən baxanda anlaşılmazdı”. 

İ.Qəmbər bildirib ki, parlament sədri seçildiyi gün Əbülfəz Elçibəyə “istənilən gün, nə zaman siz desəniz, mən vəzifədən kənara çəkiləcəm” deyib: “Bu sözü demiş adam kimi, nə cür 1993-cü ilin o ağır günlərində, Elçibəy hakimiyyətinin qərarı siyasi müxalifətlə hərbi müxalifəti bir-birindən ayırmaq olduğu mərhələdə vəzifədə qalmaq üçün israr edə bilərdim? Təbii ki, istefa verməli idim. Hesab edirəm ki, konkret tarixi məqamda düzgün addım atmışam. Amma bütövlükdə 4 iyunda özümün düzgün mövqedə olduğum, başqalarının səhv mövqedə olduğu haqqında danışmaq istəmirəm. Əksəriyyət belə edir, kimi dindirirsən, hamı qəhrəmandır, hamı əjdahadır, başqaları günahkardır. Amma fakt odur ki, biz hakimiyyət komandası idik, qiyamı yatıra bilməmişik. Bunun məsuliyyəti bizim üzərimizdədir. Qalanı təfərrüatdır, detallardır”.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti