"İslamda su ehsan buyurulubdur. Həzrəti Hüseynin yolunu Fərata bağlayıb əhli-beyti susuz qoyanlar 1300 ildən çoxdur ki, lənətlənir."

Dostlar! Su da bahalaşdı. Nə az, nə çox, 39 faiz. Onun hər kubmetrinə 36 qəpik verələr, bundan sonra 50 qəpik ödəməli olacaqlar. Maliyyə - iqtisadi böhranın qarsaladığı əhalinin üzərinə su səpmək əvəzinə, indi millət bir içim şuyun da dərdini çəkməli olacaqdır.

İslamda su ehsan buyurulubdur. Həzrəti Hüseynin yolunu Fərata bağlayıb əhli-beyti susuz qoyanlar 1300 ildən çoxdur ki, lənətlənir. Qəbələ - Bakı su kəməri çəkiləndən sonra əhaliyə verilən suyun həcmi artdığında, iqtisadi amillərə görə əslində su ucuzlaşmalı idi. Amma belə olmadı. Azərsu dəyəri 100 milyonlarla hesablanan ofis tikir, amma hökumət işsizin, pensiyaçının, həkimin, müəllimin, əlilin, zəlilin istifadə etdiyin suyun pulunu birdən-birə 39 faiz qaldırır. Suyun qiymətində olan belə kəskin artımın ağla batan bir izahı verilmir.

Azərsu qapalı tipli cəmiyyət olduğundan son illərdə ora ayrılan milyardlarla manat vəsaitin, dövlət zəmanəti ilə alınan iri həcmli kreditlərin necə istifadə edildiyi bəlli deyil. Əgər suyun qiymətin belə kəskin şəkildə artıracaqdılarsa, şirkətin başı buluda dirənən bahalı ofisini tikməyə nə ehtiyac var idi? İndi həmin ofisin, səmərəsiz istifadə edilən vəsaitlərin hesabını millətə kəsirlər. Şirkətin gəlir və xərc hesabatlarında vəziyyət Azərsuyun millətə verdiyi su kimi bulanıqdır. Əgər xalq ağzına bu bulanıq suyu alıb dinməzsə, ardınca işıq və qazın, digər xidmət sahələrinin bahalaşması labüddür.

Cəmil Həsənli, Milli Şuranın sədri

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti