“Səfər sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format Sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, üç ölkənin, həmçinin bizim digər qonşularımızın ərazilərindən terrorçuların təchizatı marşrutları, yaraqlıların trafiki keçir. Bu təzahürlərin qarşısının kollektiv əsaslarla alınması üçün qarşılıqlı fəaliyyətin qurulması zəruridir”.

 Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyevlə görüşdə Rusiyanın xarici işlər naziri Sergey LIavrov deyib.

 Onun sözlərinə görə, bundan başqa, nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində qarşılıqlı fəaliyyət baxımından bizim geostrateji, geosiyasi vəziyyətimizdən istifadə etməkdə ümumi maraqlar var.

 Rusiya XİN Başçısı vurğulayıb ki, belə məsələlər müxtəlif formatlarda, lakin pərakəndə şəkildə müzakirə olunmuşdu.

 “Ümidvaram ki, Sizin Prezident Putin və Prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Sözsüz ki, bizim ikitərəfli münasibətlərimiz, strateji tərəfdaşlığımız da nəzərdən keçiriləcək. Mənim sabah öz həmkarımla ayrıca görüşüm nəzərdə tutulub.

 Biz ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq”,-deyə Lavrov bildirib.

 Nazir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarını Moskvaya dəvət edib.

“Yeri gəlmişkən, o, Sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, Siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir. Həmçinin elə gətirdi ki, həm Ermənistan, həm Azərbaycan üçün yaxın, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi əvvəllər də, indi də məşğul olduğumuz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Sizin qeyd etdiyiniz şəraitə görə ciddi çağırışla qarşılaşdı. Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır.

 Rusiya Federasiyasının ünvanına dediyiniz xoş sözlərə görə sağ olun. Həqiqətən biz - həm Prezident, həm Baş nazir, həm bizim nazirlik, əlbəttə ki, Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atdıq. Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq.

 Əlbəttə ki, Sizin dediyiniz kimi, bu konkret məsələdə vəziyyəti sabitləşdirmək vacibdir. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. 

Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik.

 Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir”.

 

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti