Məhkəmə sədri: «Polisə qarşı kobudluq ediblər, izahatlarına da yazıblar ki, "səhv eləmişik, bir daha olmaz"»

Zaqatala rayonunda yanvarın 30-da bahalaşma əleyhinə etiraz aksiyası keçiriləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılandan sonra saxlananlar olub. Onlardan biri Yuxarı Tala kəndinin sakini Səbuhi Nusalovdur. Anası Gülzar Nusalova AzadıqRadiosu-na deyib ki, sürücü işləyən oğlu yanvarın 28-də evdən maşınını düzəltmək üçün çıxıb:

«Maşınını düzəldəndən sonra bir stəkan çay içmək istəyirmiş ki, götürüb aparıblar. Oğlum kasıbçlığının dalıyca gedən adamdır. Onu niyə tutublar, bilmirəm».

Ailə üzvləri Səbuhi Nüsalovla görüşə bilməyib. Onlara deyiblər ki, vaxtı bitəndə azad edəcəklər.

Yuxarı Tala kəndinin başqa bir sakini Vaqif Hüseynovda Zaqatalada keçirilməsi elan olunan mitinq ərəfəsində saxlanıb.

«Camaatı qorxutmaq üçün həbslər keçirilib»

Müsavat Partiyasının Zaqatala rayon şöbəsinin sədr müavini Saleh Soltanov AzadlıqRadiosu-na deyib ki, saxlananlar 2 deyil, 7 nəfərdir. Özləri də mitinqqabağı tutulublar:

«Həbs olunanlar sosial şəbəkələrdə fəal olan gənclərdir. Yanvarın 30-da Zaqatalada mitinq keçiriləcəyi xəbərləri facebookda yayılmışdı. Onlar da facebookda fəaldırlar, mitinq elanından iki gün əvvəl həbs olunublar. Kim ki, mitinq olacağı xəbərini paylaşıb, yayıb, onların hamısını tutublar. Dəqiq 7 nəfərdirlər. İkisinin adı məlum olduğu üçün onların həbsi təsdiqlənir. Ancaq indi rayonda hamı bilir ki, tutulanlar 7 nəfərdir. Biri 20 sutka, qalanları 25 sutka inzibati həbs cəzası alıb. Hamısı da elan olunmuş mitinqə görə camaatı qorxutmaq üçün tutulub».

Zaqatala rayon polis şöbəsindən isə saxlananlarla bağlı məlumat verə bilməyəcəklərini söylədilər. Daxili İşlər Nazirliyindən də AzadlıqRadiosu-nun zənglərini cavablandıran olmayıb.

Oğlum kasıbçlığının dalıyca gedən adamdır. Onu niyə tutublar, bilmirəm...

Məhkəmə sədri: «Biz siyasətlə məşğul deyilik»

Zaqatala rayon məhkəməsinin sədri Elbrus Məmmədov AzadlıqRadiosu-na bildirib ki, yanvarın 28-də iki nəfər - Səbuhi Nusalovla Baqif Hüseynov saxlanıb. Məhkəmənin qərarı ilə onlar 20-25 sutka cəza alıb:

«Onlar polisə müqavimət ittihamıyla saxlanmışdı. Özləri də etiraf elədilər ki, «bu səhvi eləmişik, peşmanıq». Başqa bir siyasi məsələ ilə heç bir bağlılığı yoxdur. Kimlərsə deyir ki, onlar müxalifətçidir. Elə deyil. Heç biri heç bir partiyanın üzvü deyil, onlarla heç bir əlaqəsi olmayan adamlardır. Polisə qarşı kobudluq ediblər, izahatlarına da yazıblar ki, «səhv eləmişik, bir daha olmaz». Əgər müxalifətlə bağlı olsaydılar, özləri də deyərdirilər. Kimsə əlaqələndirə bilər. Ancaq elə deyil. Biz siyasətlə məşğul deyilik, heç nədən xəbərimiz yoxdur. Ümumi qaydadır, həftədə bir-iki belə adamlar olur, biz də inzibati qaydada bu işlərə baxırıq».

Məhkəmə sədri deyir ki, rayonda 2 nəfərdən başqa saxlanan olmayıb və onlar hazırda Zaqatala rayon polis şöbəsinin təcridxanasında saxlanılır.

Yanvarın 12-13-də ölkədəki bahalaşma əleyhinə Siyəzən, Ağsu, Ağcabədi, Füzulu və Qubada etiraz aksiyaları keçirib. Aksiyaları polis dağıdıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda Siyəzəndəki aksiyalarda 55 nəfərin saxlandığı bildirilir.

Hakimiyyət aksiyaların keçirilməsində müxalifəti ittiham edir. Müxalifət ittihamı qəbul etmir.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti