Hüquq müdafiəçilərinə qarşı təqib və təzyiqlərlə bağlı sənəddə daha nələr var?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında üzv dövlətlərdə hüquq müdafiəçilərinin vəziyyətilə bağlı qətnamə qəbul olunub. Sənəddə Azərbaycan hüquq müdafəçilərinə qarşı repressiyalar həyata keçirən dövlət kimi təqdim olunub. ?Avropa Şurasının üzvü olan dövlətlərdə hüquq müdafiəcilərinin rolunun və müdafiəsinin gücləndirilməsi? adlı qətnamənin tərcüməsini təqdim edirik:

***

Parlament Assamleyası 2009 və 2012-ci illərdə qəbul etdiyi, Avropa Şurasına üzv dövlətlərdə insan haqları müdafiəçilərinin vəziyyətinə dair 1660 və 1891 saylı qətnamələrinə; Avropa Şurasının hüquq müdafiəçilərinin özlərinin müdafiəsinin yaxşılaşdırılmasına dair fəaliyyətilə bağlı Nazirlər Komitəsinin 6 fevral 2008-ci il tarixli Bəyannaməsinə və qeyri-hökumət təşkilatlarının hüquqi statusu ilə bağlı tövsiyələrinə əsaslanır.

Assambleya insan hüquqlarının və fundamental dəyərlərin müdafiəsi və təşviqi istiqamətində gördükləri işi yüksək qiymətləndirir.

Assambleya vurğulayır ki, hüquq müdafiəçilərinin müdafiəsinə görə məsuliyyət ilk növbədə dövlətlərin üzərindədir. Bir sıra hallarda dövlətlər həm də hüquq müdafiəçilərinin fəaliyyətinə maneələrə, onların hədə-qorxuya məruz qalmasına görə də məsuliyyət daşıyır.

Assambleya qeyd edir ki, Avropa Şurasına üzv dövlətlərin əksəriyyətində

Hüquq müdafiəçiləri azad mühitdə işləyirlər, fəaliyyətlərinə normal şərait yaradılır. Bununla belə, bir sıra üzv dövlətlərdə, o cümlədən, Azərbaycan, Rusiya və Türkiyədə hüquq müdafiəçilərinə qarşı repressiyaların güclənməsi dərin narahatlıq doğurur.  Həmçinin bəzi ölkələrdə, o cümlədən Gürcüstanda  bu sahədə vəziyyətin pisləşməsi barədə narahatlıq doğuran  siqnallar gəlir. Məsələn, ictimai hücumlar, hədələr, fiziki hücumlar, siyasi motivli işlərə çıxan hüquqşunaslara qarşı təzyiqlər və hədə-qorxular. Krım və dövlət orqanlarının nəzarətində olmayan digər ərazilərdəki vəziyyətAssambleyanı xüsusən narahat edir. Assambleya qeyd edir ki, bir sıra ölkələrdə hüquq müdafiəçilərinin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə qeydiyyat, maliyyələşmə, xesusən xaricdən maliyyə alınması kimi məsələlərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı müddəalar daxil edilir. Həmçinin ?terrorla mübarizə? bəhanəsilə də məhdudlaşdırıcı tədbirlər görülür. Insan haqları müdafiəçilərinin fəaliyyətinə mane olmaq məqsədilə onların qanunsuz saxlanılması, hətta  uzunmüddətli həbs cəzasına məhkum edilməsi halları da var. Assambleya hüquq müdafiəçilərinə qarşı bu cür davranışı pisləyir və insan haqlarının müdafiəsi, dövlət məmurlarının özbaşınalığına, korrupsiya qarşı mübarizədə öz həyatını və təhlükəsizliyini risk altına qoyan şəxslərin gördükləri işi dəstəkləyir.

Assambleya təəssüflənir ki, hüquq müdafiəçilərinə qarşı ciddi hücumların, o cümlədən, qətl, adam oğurluğu, işgəncə halları ilə bağlı hadisələrin bir qismi araşdırılmamış qalıb. Hüquq müdafiəçilərinin özü hücum hədəfinə çevriləndə bu, onların köməyinə ümid bəsləyən vətəndaşlara da sarsıdıcı mesaj göndərmiş olur.

Bütün bunlarla əlaqədar Assambleya üzv dövlətlərə çağırış edir:

6.1. Hüquq müdafiəçilərinə qarşı istənilən hədə-qorxu və repressiyalardan, xüsusən, fiziki hücumlar, qanunsuz saxlanılmalar, inzibati və ya məhkəmə təqibindən çəkinin;

6.2. hüquq müdafiəçilərinin fəaliyyəti və müdafiəsi üçün normal şərait yaradın, onlara qarşı hədələnmə, repressiya halları ilə bağlı effektiv araşdırma aparın, cəzasızlıq mühitinə qarşı tədbir görün;

6.3. hüquq müdafiəçilərinin fəaliyyətini və maliyyə çatımlığını məhdudlaşdıran qanunların qəbulundan çəkinin, belə məhdudlaşdırıcı müddəlar varsa, onları aradan qaldırın;

6.4. hüquq müdafiəçilərinin iştirakının mümkün olduğu yerlərdə, o cümlədən insan haqları və fundamental dəyərlərə aid qanunvericilik aktlarının qəbulunda onların iştirakına imkan yaradın;

6.5. KIV-də və digər qeyri-hökumət subyektləri tərəfindən hüquq müdafiəçilərinə qarşı qarayaxma kampaniyalarından çəkinin, bu cür kampaniyaları pisləyin;

6.6. Hüquq-müdafiə təşkilatları və onların təmsilçilərini qanunsuz izləmə hallarından çəkinin;

6.7. Hüquq müdafiəçilərinin gördükləri işlə bağlı məlumatın yayılması, onların cəmiyyətə çatdırılması üçün maarifləndirmə xarakterli tədbirlər görün;

6.8. Vətəndaş cəmiyyətinin inkişafına aktiv dəstək verin, onu məhdudlaşdırmayın;

6.9. Insan haqlarını müdafiə edən təşkilat və şəxslərə münasibətdə həmrəylik nümayiş etdirin.

Bölməyə aid digər xəbərlər

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

20 Avq 2019 "Tvitter"dən dövlət KİV-lərinə QADAĞA

20 Avq 2019 ABŞ-a XƏBƏRDARLIQ: bu müharibə başlayarsa... - DƏHŞƏTLİ SSENARİ YAZILDI

Xəbər lenti